İlham Əliyev 4 güc nazirini hansı rəy və dosye ilə vəzifədə saxladı? – Pərdəarxası

İlham Əliyev 4 güc nazirini hansı rəy və dosye ilə vəzifədə saxladı?
Prezident Nazirlər Kabinetinin tam tərkibini təsdiqlədi. İlham Əliyev bir daha Ramil Usubov, Mədət Quliyev, Zakir Qaralov və Zakir Həsənova etimadını nümayiş etdirdi

FİA.Az-ın xəbərinə görə,
4 nazirin vəzifəsində saxlanması təkcə prezidentin deyil, xalqın etimadı idi. Dövlət başçısı da xalqın rəyinə arxalanaraq belə qərar verdi.

Məhz xalqın və ictimai rəyin, toplumun ölkə başçısına təqdim etdiyi dosye əsasında Daxili İşlər, müdafiə nazirləri, Baş prokuror və Dövlət Təhlükəsizlik Xidməti rəisi vəzifələrinə təsdiqləndilər.

Çünki Azərbaycan xalqı ordusuna, polisinə, müstəntiqinə və təhlükəsizlik orqanları əməkdaşlarına etibar edir, güvənir.

Digər tərəfdən bu 4 nazirin rəhbərliyi altında insanların təhlükəsizliyi təmin olunub, vətəndaşların güvənc yerinə çevrilib.

Prezident də məhz bu rəylərə əsasən addımlar atır. Vəzifədən hansı nazir gedirsə, demək ki xalqın narazı qaldığı məmur olub. İ.Əliyev də xalqın narazı qaldığı məmuru vəzifədə saxlamır.

Bundan əlavə, R.Usubov, M.Quliyev, Z.Qaralov və Z.Həsənov bütün müraciətlərə, şikayətlərə açıqdır, insanlarla qəbul keçirirlər, problemləri həll edirlər, hansısa polis və ya hüquq-mühafizə orqanı əməkdaşından şikayət olursa, qanunsuzluq edirsə dərhal cəzalandırılır.

Onlar bu günə qədər həm hakimiyyətin, həm dövlətin, həm vətəndaşların maraqlarını ali tutub.

Ona görə də prezidentin razı qaldığı və vətəndaşların da güvəndiyi 4 strukturun rəhbəri insanların inam yeridir.

Araşdırmalar və monitorinqlər, media üzərindən müşahidələr belə deməyə əsas verir ki, Azərbaycanın onurğa sütunu məhz Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq və Müdafiə Nazirliyidir.

Bu sıralama üzrə İ.Əliyev məhz daxili işlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəhbəri Mədət Quliyev, Baş prokuror Zakir Qaralov və müdafiə naziri Zakir Həsənova etimad göstərir.

FİA.Az-ın xəbərinə görə, dövlət başçısı etimadı itirmiş, vətəndaşların narazılıq etdiyi məmurları işdən çıxarır, nazirləri vəzifəsindən qovur, qurumları birləşdirir.

Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov, Səlim Müslümov, Heydər Əsədov, Artur Rasizadə, Hüseynqulu Bağırov, Firudin Nəbiyev, Aydın Əliyev və başqa məmurların vəzifəsini itirmələri dövlət başçısının reformlarıdır. Prezident güvəndiyi və xalqa xidmət edən komanda yaradır.

İ.Əliyevin etibar etdiyi heyətə nəzər salanda görünür ki, prezidentin güvləndiyi kadrlar irəli çəkilir. Araşdırma qrupunun gəldiyi nəticə ondan ibarətdir ki, prezident komandasında bu kadrlar xalqın və rəhbərliyin etimad göstərdiyi məmurlardır.

Hazırladığımız siyahıda I vitse-prezident Mehriban Əliyeva, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Daxili İşlər naziri Ramil Usubov, Baş Prokuror Zakir Qaralov, Müdafiə naziri Zakir Həsənov və fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilk səkkizlikdir.

Prezident İlham Əliyev məmurlara xalqla işləməyi, vicdanlı olmağı və vətəndaşların maraqlarını üstün tutmağı tapşırıb.

Dövlət başçısı bu göstərişlərə əməl etməyən və cızığından çıxan vəzifəli şəxsləri cəzalandırıb. Prezident üçün prinsipial məsələ vətəndaşın probleminin həlli və şikayətinin olmamasıdır.

2003-cü ildən hakimiyyətdə olan İ.Əliyevin daxili siyasəti məhz vətəndaşa xidmət və onun narazılıqlarını həll etmək üzərində qurulub.

Amma xeyli sayda məmur ordusu var ki, dövlət rəhbərliyinin tapşırıqlarını qulaqardı edərək qanunsuzluqlara yol verir, insanların hüquqlarını tapdalayır.

Fia.Az

Oxunub: 5 236





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69