Zakir Fərəcovun prezidentə yalanı: Laçının şefi fərari imiş - Foto/ Faktlar

Laçının şefi fərari imiş
Laçın Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin keçmiş müdiri, ehtiyatda olan zabit Fizuli Tanırverdiyev dövlət rəhbərliyinə müraciət edib

FİA.Az-ın məlumatına görə,
Laçının icra başçısı Aqil Nəzərli və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi Müşviq Həsənov tərəfindən çarəsizliyə tərk edildiyini yazan sabiq məmur yeni ittihamlar səsləndirib.

“7 aydır ki, haqq-ədalətin bərqərar olmasına çalışıram. Amma çox təəssüflər olsun ki, Aqil nəzərli və Şirvan İnzibati-İqtisadi məhkəməsinin hakimi Müşviq Həsənov sayəsində hələ də qanunların kobud şəkildə yerli məmurlar, hakimlər tərəfindən pozulduğunun şahidi oluruq.

26-cı ildir ki, məcburi köçkünlük həyatı yaşayırıq. Heç vaxt qarın davası etmədik. Vətənə təmənnasız xidmətdə olduq, ən çətin bölgələrin birində xidmət etdim.

Amma nə olsun, bir fərarinin, saxta diplomlunun məni işdən çıxarmaq məqsədiylə mətbuatda şantaj etməsi hər şeyin sonu oldu”,-deyə F.Tanırverdiyev yazıb.

Onun sözlərinə görə, saxta sənədlərlə işdən azad edilib: “Laçının fərari, saxta diplomlu başçısı iş fəaliyyətimə öz arzusuna çatsın deyə xitam verdi.

158 manatla dolanmaq olar? Şəkər xəstəsi, 5 nəfər ailə üzvünün 2-si azyaşlı uşaq, biri 4 yaşında, biri 2 yaşında, mən də şəkər xəstəsi necə yaşayım?!

Cənab Prezident, bu qanunsuzluqları gördükdən sonra yaşamaq istəmirəm, hər an hansısa bir cinayəti bilərəkdən törədib tutulmaq istəyirəm ki, övladlarımın üzünə baxanda utanmayam.

Azərbaycanın daxili məsələsi olmayan bir məsələdə günahlandırıldım, cəzalandırıldım, hansı ki heç bir əlaqəm olmadığı halda”.

FİA.Az xəbər verir ki, sabiq şöbə müdiri İraqda keçirilən referendumla bağlı yazmadığı "statusa" görə şantaj edilərək, işdən çıxarılıb.

O, prezidentə müraciətində yazır ki, feysbukda Ermənistandakı hadisələrə dəstək şüarları yazanlar, videolar paylaşanlar da Azərbaycan vətəndaşlarıdır:

“Azərbaycanda milli ayrı-seçkilik yoxdur. Yoxdursa, bəs onda mənim başıma gətirilənlər nədir? Bəs onda mən niyə hüquqlarımın pozulmasıyla işgəncələrə məruz qalıram? Mənəvi, maddi, fiziki, ideoloji işgəncələrə məruz qalıram? Çıxış yolu yoxdur!

Aqil Nəzərlinin diplomu saxtadır, Fizuli Tanırverdiyev Bakı Dövlət Universitetinin hüquq fakultəsinə test imtahanlarından keçib qəbul olub, hüquqşünas ixtisasıyla bitirib.

Aqil Nəzərlinin yaxın qohumu Vaqif Cabbarov vətənə xəyanət etdiyi üçün təqsirləndirilib həbs edildiyi halda Fizuli Tanırverdiyevin elə bir qohumu olmayıb.

Aqil Nəzərli Ulu Öndər, Ümumimilli Liderimiz Dahi Heydər Əliyev haqqında çıxış etdikdə həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyi halda, belə bir utancverici göstəricilərlə 76 min nəfər sakini olan Laçın rayonunda başçıdır, Fizuli Tanırverdiyev isə Aqil Nəzərlinin tərtib etdiyi saxta sənədlərin qurbanıdır. Budurmu ədalət?

Bu arada onu da deyək ki, liderinfo.az inanılmaz faktın üstünü açıb. Laçın rayon icra nümayəndəliyinin kadrlar şöbəsindən saytın əldə etdiyi xəbərə görə, Kadrlar Uçotunun Şəxsi Vərəqəsində Laçın rayon icra başçısı Aqil Nəzərlinin "Tərcümeyi halı"aşkarlanıb.

Həmin Vərəqədə Aqil Nəzərli hərbi mükəlləfiyyət bölməsində hərbidə olmadığını etiraf edib. Azərbaycan qanunvericiliyində də bu kimi fərarilik vəzifə sahiblərinə və ya dövlət işində işlənməsinə ziddir.

Maraqlısı budur ki, bu kimi faktları cənab prezidentdən Aqilin hansi ağsaqqalı gizlədib ki, onun icra başçılığına namizədliyini irəli sürüb?

Təbii ki, onun arxasında Sumqayıtın icra başçısı Zakir Fərəcovun dayandığı sirr deyil. Bəs niyə Z.Fərəcov prezidentə yalan məruzə edib?

Nə üçün fərarini köçkün rayona rəhbər gətirdib? Bu rüsvayçılıqdır. Prezidenti aldatmaq, ona yalan danışmaq mümkün deyil.

Dövlət başçısı hər şeyi izləyir və A.Nəzərli ilə bağlı ölçü götürüləcəyi də istisna deyil.

RİH-nin mövqeyini dərc etməyə hazırıq.


Laçının şefi fərari imiş

Fia.Az

Oxunub: 6 015





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69