Oliqarxlaşmış, rüşvətə bulaşmış rektorların sonu gündəmdə - Siyahı/Təfsilat

Oliqarxlaşmış, rüşvətə bulaşmış rektorların sonu gündəmdə
Bir neçə ildir ki, aktual olan universitetlərin birləşdirilməsi ideyası təzədən gündəmə gəlib

FİA.Az-ın məlumatına görə,
struktur islahatları çərçivəsində bəzi ali məktəblərin vahid platforma altında fəaliyyyəti nəzərdən keçirilir.

Bu prosesdə ələnəcək təhsil ocaqları isə həm də siyasi aspektdən əhəmiyyət kəsb edir. Bəzi oliqarxlaşmış, rüşvətə bulaşmış, müştəbeh rektorların sonu gələ bilər.

Büdcə vəsaitlərinə qənaət etmək və idarəetməni təkmilləşdirmək məqsədiylə bir neçə dövlət ali məktəbinin birləşdirilməsi ideyası hələ Mikayıl Cabbarovun vaxtında gündəlikdə olub.

Ancaq birləşdiriləcəyi gözlənilən dövlət ali məktəblərinin rektorlarının öz postlarını itirməmək üçün nazirə açıq müqavimət göstərmələri prosesi ləngidib.

Eləcə də birləşmiş məktəblərə rəhbər kimi irəli sürülən bəzi namizəd-rektorların fəaliyyətlərində özlərini doğrultmaması və ilkin yoxlama-təftiş zamanı xeyli qüsurların aşkarlanması prosesi ləngidib.

Hələ Mikayıl Cabbarovun vaxtında büdcədən xeyli “pul aparan” və Bakıda böyük maddi-texniki bazaya malik 3 böyük ali məktəbin - Texniki Universitetin (TU), Memarlıq və İnşaat Mühəndisləri Universitetinin (MİMU) və Dövlət Neft və Sənaye Universitetinin (DNSU) birləşdirilməsi layihəsi mövcud olub.

Hətta birləşmiş nəhəng universitetə Dövlət Neft və Sənaye Universitetinin hazırki rektoru Mustafa Babanlının namizədliyi də nəzərdən keçirilib.

Ancaq Mustafa Babanlının ADNSU-dakı iki illik fəaliyyətinin qeyri-rəsmi yollarla təftişi ortaya xeyli maraqlı faktlar çıxarıb və siyasi hakimiyyəti onun adı üzərində durmaqdan çəkindirib

FİA.Az-ın məlumatına görə,
zamanında birləşdirilmə layihəsi hazır olan daha iki ali təhsil müəssisəsi isə Azərbaycan Dillər Universiteti (ADU) ilə Bakı Slavyan Universiteti (BSU) olub.

Vaxtilə bir ali məktəb kimi fəaliyyət göstərən, sonradan iki universitetə ayrılan bu ali təhsil müəssisəsinin yenidən birləşməsinin təxirə salınmasında isə, deyilənə görə, həm siyasi amillər (Rusiya ilə münasibətlər səbəbindən), həm də BSU rektoru Nurlana Əliyeva ilə sabiq təhsil naziri Mikayıl Cabbarov arasındakı ziddiyyətlər böyük rol oynayıb.

Diplom istehsal edən və ölkəyə minlərlə diplomlu tələbə verən bu məktəblərin fəaliyyətinə xitam verilməsi kifayət qədər real görünür. Yuxarı dairələrdə və Təhsil Nazirliyində gedən müzakirələrdə də adıçəkilən ali təhsil ocaqlarının ləğvi təklif edilir.

Əldə etdiyimiz xəbərlərə görə, “Bakı Kooperasiya”, “Odlar Yurdu”, “Bakı Biznes Universiteti”, “Bakı Avrasiya” universitetlərinin lisenziyası ləğv oluna bilər.

İnsanların son illər özəl universitetlərə olan inamı onsuz da itib. Bu inamın itməsinə əsas zərbə Beynəlxalq Universitetin bağlanması oldu.

Həmin ali təhsil müəsisəsinə hər kəs qəbul olunurdu. İnsanlar Dağıstandakı universitetə qəbul olur, 1 il sonra köçürmə yolu ilə ölkəyə qayıdırdılar. Məhz Təfəkkür Universitetinin bağlanmasının arxasında da, bu dururdu.

Bu kimi universitetlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanları ilə öz plan yerlərini doldurmurdular. Onlar Dağıstandan, Ukraynadan, Rusiyadan köçürülmələrlə bu plan yerlərini həyata keçirirdilər.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən tələbələrin ali təhsil müəsisələrinə köçürülməsini elektron qaydada həyata keçirməyə başladı və ilkin tələb də ondan ibarət idi ki, yalnız qəbul imtahanında yetərli bal toplayanlar köçürmə prosesində iştirak edə bilərlər.

Deməli, həm tələbə qəbulunda yetərli bal qəbulu apara bilməyənlər gəlirdən məhrum edilmiş oldu, həm də köçürmələrdən bu həyata keçirilə bilmədi. Bu isə onların maddi gəlirlərinin aşağı düşməsi ilə nəticələndi.

Təəssüflər olsun ki, bu gün Azərbaycan universitetlərinin hamısının gəliri yalnız tələbələrin təhsil haqlarının hesabına formalaşır. Onlar hər hansı qrant layihələri, ixtiralar, kəşflər hayata keçirə bilmirlər.

Fia.Az

Oxunub: 442





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69