Hökumət dəyişir, prezident təhsil nazirini aprelə qədər təyin edir - Təfsilat

Hökumət dəyişir, prezident təhsil nazirini aprelə qədər təyin edir
Hakim partiya prezidentliyə namizədini elan etdikdən sonra boş qalan vəzifələrdən biri - Yasamala icra başçısı təyin olundu. Bu, daxili səbəblərlə izah edilir...

Bəzi vəzifələrə təyinat seçkiyə görə yubanır. Çünki hakimiyyətin seçkidəki namizədinin kim olacağı haqda qarışıq müzakirələr gedirdi.

FİA.Az mediaya istinadən xəbər verir ki,
seçkinin vaxtı və hakim partiyanın namizədi müəyyənləşəndən sonra təhsil naziri postuna da təyinat gözlənilir.

Yaxın vaxtlarda təhsil nazirinin kim olacağı açıqlana bilər. Prezident sərəncamını intizarla gözləyən ictimaiyyət və mətbuat bu posta müxtəlif adlar çəkir.

Ancaq Yasamal rayon icra başçısı postuna namizədlərin heç biri təsdiqlənmədiyi kimi, təhsil nazirinin də sürpriz olacağı iddia olunur.

Bu təyinatın seçkidən sonraya qalacağı barədə mülahizə yürüdənlər də var. Ancaq apreldə seçki olacağını nəzərə alsaq, hökumət avtomatik istefaya getməlidir.

Seçkidən sonra prezident hökumətin tərkibini təsdiqləyəcək. Ola bilsin ki, elə seçkidən sonra hökumətin tərkibindəki bəzi nazirlər yola salınsın, təhsil naziri də təyin edilsin.

Lakin məlumatlardan biri belədir ki, hökumət istefaya gedənə qədər artıq təhsil naziri bilinəcək və seçkidən sonra da hökumətin tərkibində saxlanacaq.

Artıq bütün daşların yerinə oturduğunu deyən mənbəmiz bildirir ki, iqtidar daxilində heç bir qeyri-sabitlikdən söhbət gedə bilməz.
Hakimiyyətdəki məmurlar prezident ətrafında sıx birləşərək mərkəzdənqaçma şübhələrini dəfn ediblər.

Əvvəlki qaydada komanda şəklində yumruq kimi birləşmək və seçkidə iştirakla bağlı təbliğatı gücləndirmək hədəflənib.

FİA.Az mediaya istinadən xəbər verir ki,
seçkiyə qədər təhsil naziri təyin olunacaq şəxsin kimliyindən bir çox nazirlər məlumatsızdırlar.

Əgər onlar səhih informasiyaya malik olsaydılar yaxın çevrələrinin vasitəsi ilə mətbuata sızdırardılar. Görünür ki, konkret olaraq prezident kimi təyin edəcəyini müəyyənləşdirib.

Daxil olan məlumata görə, təhsil naziri postuna gətirilməsi ehtimal olunan şəxslərin təyin edilməməsindən sonra onlar öz şanslarının daha çox olduğunu düşünür və buna görə də bütün güclərini ortaya qoymağa başlayıblar.

Onlar hesab edirlər ki, ölkə başçısı özünü təsdiqləmiş, eyni zamanda islahatçı rektor imici qazanmış şəxslər arasında da seçim edə bilər.

Təhsil Nazirliyində rəhbər sırasında olan, özünü təsdiqləmiş, eyni zamanda islahatçı rektor imici qazanmış insanların təyinatı sistemin inkişafına səbəb ola bilər: “Təhsil nazirinin kim olacağını proqnozlaşdırmaq bir qədər çətindir.

Bu, əlbəttə ki, prezidentin səlahiyyətində olan bir məsələdir. Yəni təhsil strateji sahə olduğuna görə düşünürəm ki, burada daha çox intellektual səviyyəsi, idarəçilik qabiliyyəti yüksək olan şəxsin üzərində dayanılsa, daha yaxşı olar.

Təhsil sahəsində islahatlar artıq başlayıb və bunun davamı mütləq olmalıdır. Qarşıda çox ciddi hədəflər var. Bu hədəflərə çatmaq üçün həmin islahatların rasional davamı vacibdir.

Təhsil Nazirliyi sistemində də çox qabiliyyətli insanlar var. Eyni zamanda bu gün bütün cəmiyyət hiss edir ki, islahatçı rektorlar da artıq görsənir.

Çox qısa bir vaxtda rəhbərlik etdiyi ali məktəbin sıçrayışlı inkişafına səbəb olan, idarəçilik gətirən bir neçə ali məktəb rektoru da var.

Hər halda prezidentin kadr seçimi bu sahədə də düzgün olacaq və Azərbaycan təhsilinin gələcək inkişafına həmin seçim öz töhfələrini verəcək
Onlardan biri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. Elmar Qasımov gənc yaşlarından hökumətin etimad göstərdiyi və yüksək vəzifələri etibar etdiyi şəxsdir.

1973-cü il təvəllüdlü rektor 1995-1999-cu ildə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Komitəsinin sədri olub.

1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi” medalına layiq görülüb.

Fia.Az

Oxunub: 14 018





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69