Əmək və əhalinin sosial müdafiəsi nazirinin atasının sensasion dosyesi - ŞOK TƏFƏRRÜFAT

Əmək və əhalinin sosial müdafiəsi nazirinin atasının sensasion dosyesi
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin olduqca maraqlı dosyesi var; Prezidentin etimad göstərərək təyin etdiyi gənc nazirə güvəni səbəbsiz deyilmiş...

FİA.Az-a daxil olan özəl məlumatda bildirilir ki,
ictimaiyyətin S.Babayevin atası haqda bilmədiyi qiymətli informasiyalar var.

Gənc nazirin atası Rafiq Babayev vaxtilə Bərdə rayonunda nüfuzlu və hörmətli şəxs olub. O, rayonda pasport qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyib.

Kifayət qədər təcrübəli və ağayana bir məmur olmuş R.Babayev bərdəlilərin böyük sevgisini qazanıb.

O, illərlə gizli şəkildə xeyirxahlıqlar edib, adının çəkilməsini istəməyib. Bir əlin verdiyini, o biri əl bilməməlidir deyiminə uyğun hərəkət etmiş R.Babayev çox səxavətli, vətənpərvər imiş.

Bərdədəki imamzadə çardağını tikdirdiyini deyən bir qrup sakinin saytımıza verdiyi xəbərə görə, R.Babayev Bakıya köçdükdən sonra da Bərdəni unutmayıb.

Məlumatda deyilir ki, nazirin atası Bərdədəki şəhid ailələrinə, Qarabağ əlillərin hər zaman maddi yardım göndərirmiş.

Ancaq həmin yardımı alan müharibə qurbanları heç vaxt bilməyiblər ki, bu humanist addımı atan R.Babayevdir.

Sakinlər deyirlər ki, nazirin atası haqqın rəhmətinə qovuşduqdan sonra məsələnin üstü açılıb.

Şəhid ailələri və Qarabağ əlilləri çox gec xəbər tutublar ki, onlara bu müqəddəs yaxşılığı edən şəxs R.Babayev imiş.

FİA.Az-a məktub yazan bərdəlilər nazirdən atasının yolunu gedəcəyini gözlədiklərini bildiriblər. Onlar ümid edirlər ki, S.Babayev sələfi Səlim Müslümova oxşamayacaq.

Gənc nazirdən islahatlar gözləyən aztəminatlı ailələr, şəhid ailələri inanırlar ki, S.Müslümovun dövründəki qanunsuzluqlara son qoyulacaq.

Mərhum atasının vicdanlı, xeyirxah, vətəndaşlara həmişə ürək yandıran biri olduğunu yazan bərdəlilərin sözlərinə görə, S.Babayev ƏƏSMN-də köklü dəyişikliklər aparmalıdır.

“Rafiq müəllim çox əla insan idi. Heyif ki, bizə illərlə etdiyi yaxşılıq edən adamın Rafiq müəllim olduğundan xəbərimiz olmayıb.

Biz soruşdan adını demirdilər, köməkçisindən yardımı göndərirdi. Onun yeri behiştdir. Belə insanın oğlunun da vicdanlı olması lazımdır.

Sahil Babayev həm prezident, həm xalq, həm Allah qarşısında vəzifəsini elə yerinə yetirməlidir ki, atasının yolunun layiqli davamçısı olduğunu sübut etsin”,-deyə məktubda yazırlar.

Bu arada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilən bütün qaranlıq maliyyə əməliyyatlarının arxasında İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın dayandığı bildirilir

Prezident İlham Əliyev aprelin 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu vəzifədən azad edərək, onun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin etmisındin sonra bu qurumda böyük dəyişikliklərin olacağı barədə məlumatlar yayılmaqdadır.

Keçmiş nazir Səlim Müslümovun ən yaxın adamlarının indiyə kimi həyata keçirtdikləri maliyyə maxinasiyaları barədə araşıdırmalara başlanılıb.

Sabiq nazirinin adamlarının maxinasiyaları ciddi şəkildə araşdırılısa çox güman ki, xeyli sayda məmurun dövlət vəsaitlərinin mənimsənilməsi ilə işdən çıxarılması və hətta ola bilsin ki, bəzilərinin həbs olunması ilə nəticələnəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən MilliYol.az-a daxil olan məlumatda vurğulanır ki, hazırda nazirlik içində Səlim Müslümovun əsas komandasında olan və qurumun maliyyə işlərinə nəzarət edən şəxslərin işləri araşdırılmaqdadır.

Bu şəxslərdən biridə nazirliyin bütün maliyyə, tender və sair əməliyyatlarının aparıldığı və keçmiş nazirin “qara qutusu” olaraq bilinən İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovadır.

Fia.Az

Oxunub: 14 610





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69