Xaos, hərc-mərclik.... ən böyük azərbaycanlı ölkəsini necə xilas etdi? - Özəl

ən böyük azərbaycanlı ölkəsini necə xilas etdi?
Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı Heydər Əliyevlə bağlı olub

FİA.Az xəbər verir ki,
qəlblərdə heykəlini yaradan H.Əliyevin ən böyük əsəri doğurdan da müstəqil Azərbaycandır.

Bütün həyatını və siyasi fəaliyyətini xalqının tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olub.

Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı.

O dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu.

Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu.

Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.

İlham Əliyevin tükənməz enerji mənbəyi genetik olaraq atasından əxz etdiyi keyfiyyətlərdir.

Azərbaycan xalqı dövlət başçısının simasında Heydər Əliyev amallarını böyük ustalıqla davam etdirən dövlət xadimi görür!

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanın inkişaf yolu çətin sınaqlardan keçmişdir.

Ölkənin hərbi təcavüzə və xarici təzyiqlərə məruz qaldığı, daxili çəkişmələr məngənəsində sıxıldığı, ərazisinin 20 faizinin işğal olunduğu, bir milyon soydaşımızın doğma torpağından didərgin düşdüyü o çətin məqamda xalqımız bütün ümidini ümummilli liderinə bağlad.

Haqlı olaraq, bu böhranlı vəziyyətdən yalnız Heydər Əliyev dühası sayəsində xilas olacağına inanan xalqımızın istəyi və təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, sərbəst bazar münasibətlərinə əsaslanan müstəqil milli iqtisadiyyatın qurulması üçün taleyüklü qərarlar verdi.

Cəbhədə atəşkəsə nail olundu, qanunsuz silahlı birləşmələr ləğv edildi, diplomatik fəaliyyət gücləndirildi.

Heydər Əliyevin demokratik dövlət quruculuğu istiqamətində atdığı addımlar milli və ümumbəşəri dəyərlərin vəhdətinə əsaslanır, Azərbaycanın qlobal proseslərə inteqrasiyasını sürətləndirirdi.

FİA.Az xəbər verir ki, Azərbaycanın yüksəliş dövrü neft-qaz sənayesinin inkişafının yeni mərhələsi ilə səciyyələnir.

Bu mərhələnin başlanğıcı 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyləri nəticəsində dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənilməsi haqqında “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulmuşdur.

“Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyini bir daha de-fakto təsdiqləyən, onun dünya birliyinə üzvi surətdə inteqrasiyasına, beynəlxalq enerji bazarında önəmli yer tutmasına yol açan misilsiz siyasi-iqtisadi əhəmiyyətə malik epoxal bir sənəddir.

Saziş həyata keçirildiyi müddətdə Azərbaycanın ictimai həyatının bütün sahələrinə nüfuz etmiş, bugünkü siyasi, sosial-iqtisadi nailiyyətlərin təməlində durmuşdur.

Ulu öndər Heydər Əliyev sənədin ölkəmiz qarşısında parlaq perspektivlər açdığını vurğulayaraq deyirdi:

“Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkan yaradacaq.

Ümummilli liderin yaratdığı dövlətçilik prinsiplərinin aparıcı xətti azərbaycançılıq ideologiyasıdır. Eyni zamanda, multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bütün sahələrdə inkişaf tempinə görə ölkəmizi dünyanın lider dövlətinə çevirən, ən əsası, dövlət maraqları, xalqın mənafeləri, həmçinin bəşəri dəyərləri əsas götürən praqmatik siyasi kursun hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda multikultural mühitin möhkəmlənməsinə, o cümlədən tolerantlıq ənənələrinin güclənməsinə də öz həlledici töhfələrini verməkdədir.

Ümummilli lider Heydər Əliyev, sözün əsl mənasında, tarix yaradan bir şəxsiyyətdir. Bəlkə də elə bu səbəbdəndir ki, insan onun barəsində nəsə fikirləşəndə keçmiş zamanda deyil, qeyri-ixtiyari olaraq indiki zamanda yazır.

Çünki Azərbaycan dövlətinə, onun sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə Heydər Əliyev dühasının vurduğu möhürü, müəyyənləşdirdiyi yolu görürsən.

Ulu öndər Azərbaycanı azərbaycanlıların ixtiyarına verən və Azərbaycan xalqı “öz taleyinin sahibidir” - deyən ilk böyük dövlət xadimidir. Ümummilli dəyərləri ideoloji baxımdan ilk dəfə təsbit edən şəxsiyyətdir Heydər Əliyev.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqı naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür.

Məhz ulu öndərin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutub.

Fia.Az

Oxunub: 811





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69