Cavid Qurbanovun işçisi 20 Yanvar günü şəhid ailəsini təhqir edib - Jurnalist müraciəti

Cavid Qurbanovun işçisi 20 Yanvar günü şəhid ailəsini təhqir edib
Jurnalist Xəyyam Salmanzadə FİA.Az vasitəsi ilə deputat, “Azərbaycan Dəmir Yolları” QSC rəisi Cavid Qurbanova müraciət edib

Onun sözlərinə görə, yanvarın 20-də baş verən hadisənin indi ictimailəşdirməsinə səbəb var: “Çünki ailə üzvlərimdən birinin qarşılaşdığı o hadisədən sonra müalicəsi ilə məşğul olurduq. Ona görə gecikmişik və indi ictimailəşdirməyə fürsət tapmışıq”.
Cavid Qurbanovun işçisi 20 Yanvar günü şəhid ailəsini təhqir edib
X.Salmanzadə qeyd edib ki, yanvarın 20-də şəhid ailəsi olan yaxını “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı tərəfindən təhqir olunub:

“Bu adamın özünə və şəhid ailələrinə hörməti yoxdursa, heç olmasa Cavid Qurbanovu fikirləşsin. Cavid Qurbanov köçkün rayonun deputatıdır və Kəlbəcər torpaq uğrunda şəhidlər verib.

Üstəlik, 20 yanvar günü hadisə olub. Yəni, bu tarixin əhəmiyyətini də vecinə almayıb. Belə bir məsuliyyətsiz, danışığını bilməyən adamın dəmiryol idarəsində işləməsi təhqirdir.

Ancaq dostlar məndən xahiş etdilər ki, məsələni açıb-ağartma, mətbuatda işıqlandırma. Bizim də başımız ailə üzvümün müalicəsinə qarışdı və Cavid Qurbanova müraciət etməyə fürsət tapmadım”.

Jurnalist FİA.Az vasitəsi ilə deputata bildirib ki, dostların xahişini nəzərə alaraq hadisənin təfərrüatını mediada tirajlamayıb:

“Mən istəmədim ki, bu özbaşınalıq müxtəlif xəbər portallarında yayımlansın. Hesab elədim ki, məsələni Cavid Qurbanovun şəxsən nəzərinə çatdırmaq məsləhətdir.

Ona görə bir məcburi köçkün, şəhid qardaşı olaraq Cavid müəllimdən xahişim budur ki, qiymətli vaxtından mənə 15 dəqiqə ayırsın, qəbul eləsin, məsələnin mahiyyətini özünə izah edim.

Hər halda ailə üzvüm olan şəhid vermiş birinin 20 Yanvar günü əməkdaşınız tərəfindən təhqir olunmasına siz göz yummazsınız.

Belə müştəbehlik, özünəvurğunluq, təkəbbür həmin işçidə hardandır ki, şəhid ailəsi ilə necə danışmaq lazım olduğunu öyrətməyiblər.

Mənim yaxınım hadisədən sonra ağır stress keçirdi, əsəbləri pozuldu, müalicə alırdı, heç cür bu hadisəni qəbul edə bilmirdi.

Ona görə xahiş edirəm ki, hadisənin detalları mətbuata çıxmamış, məni qəbul edin, dinləyin, sonra məsləhət bildiyiniz qərarı verin”.

Fia.Az

Oxunub: 1 502





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69