1 milyon qaçqın 11 aprelə səfərbər olub: “İlham Əliyev hakimiyyəti...” - ÖZƏL

“İlham Əliyev hakimiyyəti...”
Prezident seçkilərinin aprelin 11-nə təyin olunması məcburi köçkünləri hərəkətləndirib

FİA.Az-a gələn məktubda qaçqın və köçkünlərin prezident seçkiləri üçün səfərbər olduqları qeyd edilib.


Növbədənkənar seçkilərin keçirilməsini yerində olan qərar kimi qiymətləndirən məcburi köçkünlər seçkilərdə fəal iştirak edəcəklərini açıqlayıblar.

Onların sözlərinə görə, ölkədəki sosial-iqtisadi vəziyyət, siyasi sabitlik və regionda gedən proseslərə adekvat olaraq hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləməyə qərar veriblər.

Məktubda deyilir: “Mərhum Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk fəaliyyət istiqaməti məcburi köçkünlərə qayğı oldu və onların məskunlaşmasına diqqət ayırdı.

İlham Əliyev də 2003-cü ildə prezident seçilərkən qaçqınların problemlərinin həlli ilə məşğul olmağa başladı, mənzil şəraitinin yaxşılaşdırılmasını təmin etdi.

Mehriban xanım Əliyeva da I vitse-prezident təyin olunarkən ilk görüşü yataqxanada məskunlaşan köçkünlər oldu. Bütün bu siyasi proqram, diqqət və həssaslıq İlham Əliyevə seçkidə səs verməyi zəruri edir.

Çünki ölkədə sabitliyin, iqtisadi inkişaf tempinin qarantı indiki prezidentdir. Onun alternativini görmürük və hesab edirik ki, qarşıda nəzərdə tutulan layihələr davam etdirilməlidir”.

FİA.Az-a gələn məktubda bildirilir ki, işğal olunmuş rayonların məcburi köçkünləri birmənalı olaraq seçkidə fəallıq göstərəcəklər.

Qaçqınlar torpaqların azad olunması istiqamətində apardığı diplomatik danışıqlar və xarici siyasət strategiyasına görə İ.Əliyevə güvlənirlər.

“Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfindən mənzillər verilir, evsiz qaçqınların sayı günbəgün azalır, onlar iş yerlərindən ixtisar edilmirlər, dövlət tərəfindən müavinətlər, güzəştlər var.

Bu sosial siyasət İlham Əliyev hakimiyyətinin ana xəttidir. Avropada, dünyanın bir çox ölkələrində əsas prioritet sosial siyasətdir.

Azərbaycanda da komitənin dövlət tərəfindən ayrılan vəsaiti köçkünlərə sərf etməsi, onların rifah halını yaxşılaşdırması 1 milyon qaçqının güvənc yerinə çevrilməsinə səbəb olub.

Bu gün regionda və dünyada cərəyan hadisələri izləyirik. Bundan bir xalq olaraq nəticələr çıxarırıq. İndiki halda dövlətin və ölkənin təhlükəsizliyi, sabitliyi ən mühüm məsələdir.

Azərbaycanda hansısa kataklizmlər yaratmaq istəyən, süni qarışıqlıq, gərginlik yaratmaqda maraqlı olan qüvvələr meydana çıxa bilər.

Onlar seçkidən-seçkiyə fəallaşırlar. Buna Azərbaycan xalqı və dövləti imkan verməyəcək və növbəti azad seçki keçiriləcək.

Biz də məcburi köçkünlər olaraq öz namizədimizin adını bülletendə göstərib qutuya atacağıq”.

Köçkünlər qeyd edirlər ki, xarici kəşfiyyatdan qidalanan, anti-Azərbaycan dairələrin təlimatı əsasında fəaliyyət göstərən bəzi destruktiv təşkilatların, dərnəklərin cığal oyunlarına imkan verilməyəcəyinə inanırlar:

“Azərbaycanda prezident olmaq istəyən namizəd məcburi köçkünlərlə görüşməlidir, çıxışlarında onların problemlərinə toxunmalıdır, seçki platformasında qaçqınlar barədə təklifləri olmalıdır. Biz yalnız İlham Əliyevin çıxışlarında, fəaliyyətində bunu görürük”.

Fia.Az

Oxunub: 18 435





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69