Əhmədzadənin oğlu adam öldürən kadrından prezidentə nankorluq - talan, yeyinti, korrupsiya...

Əhmədzadənin oğlu adam öldürən kadrından prezidentə nankorluq
Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi vəzifəsindən getdikdən sonra İlyas Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsində əməllərini davam etdirir

FİA.Az xəbər verir ki,
İ.Səfərov “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadədən başqa heç kəsin sözünü eşitmir.

Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman yeyintilərə yol vermiş birini belə mühüm vəzifəyə təyin edən Əhmədzadənin onunla şərik olduğu söylənir.

İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarına adını salmışdı.

Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitlərini xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı.

Həmin idarəni viran günə qoyan Səfərovun Şirvana posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxarıb.

Meşə Meliorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirməkdir. Ancaq İ.Səfərov bu vəzifəyə gəldikdən sonra əlini ağdan qaraya vurmayıb.

Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunması lazımdır.

Əhmədzadənin təyin etdiyi Səfərov isə bu missiyanı yerinə yetirmir, bu işləri həyata keçirmir. Əvəzində bu sahədə görülməli işlərə ayrılan maliyyəni mənimsədiyi iddia olunur.

Aydın məsələdir ki, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır.

FİA.Az xəbər verir ki, prezidentin büdcədən ayırdığı pulları talan edən İlyas Səfərovun fəaliyyətinin yoxlanılmasına ciddi zərurət olduğu iddia edilir.

Mediada yayılan məlumatlarda qeyd olunur ki, idarə guya müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır.

Lakin bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş görmürlər. Onların hesabına köçürülən vəsaitlər isə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Şirvan Meşə-Meliorasiya İdarəsinin özünə qaytarılır.

Bundan başqa, İlyas Səfərovun digər gəlir mənbəyi kimi isə idarənin balansında olan müxtəlif texnikanın icarəyə verilməsi göstərilir. İcarəyə verilən texnikaların hesabına böyük pullar qazanır.

Bir müddət əvvəl İlyas Səfərovun Şirvan Meşə-Meliorasiya İdarəsinin işçilərinin maaşlarını bir ay kəsdiyi, həmin vəsaiti isə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyinə çatdırdığı barədə məlumatlar yayılmışdı.

İlyas Səfərovun hal-hazırda böyük biznesinin olduğu deyilir. Onu da yada salaq ki, oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub.

Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib. Oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb”.

Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, oğlunun “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb.

Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Hər halda, bütün faktlar aydınlığı ilə ortadadır. O, özü də övladının cinayət törətməsini təsdiqləyir.

Amma çox maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov hələ də azadlıqdadır. Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az

Oxunub: 742





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69