YAP apreldə sandıqdan İlham Əliyevin adını çıxaracaqmı? - sensasion detallar

YAP apreldə sandıqdan İlham Əliyevin adını çıxaracaqmı?
Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir

FİA.Az-ın Siyasət Şöbəsi yazıb ki,
partiyanın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir.

Partiyanın sıraları genişlənir, 700 mindən çox üzvü var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar.

25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçib. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanıb və bu 25 il qələbələr salnaməsidir.

Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır.

Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir.

Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir.

Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaq, siyasi islahatlar davam etdiriləcək.

Son illər ərzində bu istiqamətdə gözəl nəticələr əldə edilib və bu, daimi prosesdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcək.

Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək.

İqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin gətirilməsi ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafı üçün əsas amillər olacaq.

FİA.Az-ın Siyasət Şöbəsi yazıb ki, bu faktlar YAP-ın namizədi İlham Əliyevə səs verməyi zəruri edir.

İki aydan sonra Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Son Konstitusiya islahatlarına əsasən yeni seçiləcək prezident 7 il dövlətə, xalqa ləyaqətli xidmət missiyasını yerinə yetirəcək.

Artıq müstəqillik dövrünün VIII Prezident seçkisinə hazırlıqlar başlayıb. Təbii ki, bu sosial sifariş təkcə adı çəkilən təşkilatların deyil, Azərbaycan xalqının mövqeyinin ifadəsi idi.

Bu, İlham Əliyevin alternativsiz lider olduğunun təsdiqi idi. Çünki cənab İlham Əliyevin alternativsiz lider olması bir sıra əhəmiyyətli məqamlara söykənir.

Ölkəmizdə uzun illərdir mövcud olan ictimai-siyasi sabitlik, dövlətin nüfuzu, iqtisadi qüdrətinin yüksəlməsi, dünya siyasi arenasında söz sahibinə, Cənubi Qafqazın isə lider dövlətinə çevrilməsi, məhz cənab İlham Əliyevin müstəqil siyasətinin, gərgin əməyinin nəticəsidir.

Dövlət başçısının rəhbərliyi ilə 2003-cü ildən ötən müddət müasir tariximizə ölkənin iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş nöqtəsi kimi daxil olub.

Bu illər ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində Azərbaycan dünyaya özünün nadir iqtisadi inkişaf modelini təqdim edib.

Son 14 il ərzində Prezident İlham Əliyev elə bir beynəlxaq toplantı, konfrans olmayıb ki, orada Azərbaycan həqiqətlərini dünyaya çatdırmasın. BMT, NATO kimi nüfuzlu təşkilatların tribunasından işğalçı Ermənistanın məkrli siyasətini ifşa edən cənab İlham Əliyev tutarlı arqumentlərlə, faktlarla bu ölkənin rəhbərini dəfələrlə çıxılmaz vəziyyətə salıb.

Davos Dünya İqtisadi Forumuna dəvət edilən cənab İlham Əliyev son 14 il ərzində həyata keçirilən yeni inkişaf konsepsiyası, iqtisadi islahatlar nəticəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq ölkəmizin etibarlı tərəfdaşlarının sayını artırıb.

O xalq, o cəmiyyət xoşbəxtdir ki, onun idarəçiliyi dincliyə, əmin-amanlığa söykənir. Bununla yanaşı, onun dincliyi, əmin-amanlığı, bir sözlə, bütün taleyi onu idarə edən müdriklərin çiynindədir.

Təcrübə göstərir ki, xalq hər zaman bu ağır yükü daşımağa qadir olan belə yüksək ləyaqətli tarixi şəxsiyyətlərini, liderlərini dəstəkləyir, onların ardınca gedir, onlara inanır və arxalanır.

Qurultayda xalqa müraciət edən cənab İlham Əliyev bir daha bildirdi ki, əgər prezident seçkilərində Azərbaycan xalqı ona yenidən yüksək etimad göstərərsə, ləyaqətli xidmət missiyasını uğurla davam etdirəcək.

Əminliklə söyləyə bilərik ki, Azərbaycan xalqı aprelin 11-də seçkilərə gedib cənab İlham Əliyevə səs verməklə növbəti 7 il ərzində Azərbaycanın inkişafına, tərəqqisinə, sabitliyinə, əmin-amanlığına təminat verəcəklər.

Fia.Az

Oxunub: 940





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69