Beləsi də varmış: Yevlax “MERO” rəisinin tükürpədici meyit biznesi - Müdhiş ittiham

Yevlax “MERO” rəisinin tükürpədici meyit biznesi
“Yevlax regional 7 saylı qeydiyyat imtahan texniki baxış şöbəsinin əməkdaşı Yelmar Həsənov müstəqil Azərbaycan dövlətindən, prezidentimizdən başqa hər bir şeyə xidmət göstərir”

FİA.Az-ın məlumatına görə,
Göyçayın Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən şikayət məktubunda belə deyilir.

Onun sözlərinə görə, Y.Həsənov prezidentimizin korrupsiyaya qarşı apardığı mübarizəyə məhəl qoymayaraq həmin idarəyə atasının biznes ocağı kimi baxır.

Şikayətçi deyib ki, Y.Həsənov 300 manat müqabilində sahibi ölmüş avtomobilləri vərəsəlik açılmadan, etibarnamə olmadan birbaşa ölünün adından alqı-satqı edir.

S.Quliyev bildirib ki, buna dair konkret subutları var: “14 mart 2018 ci il tarixdə sahibi ölmuş XAZ- 2107 markali 24 BA 555 nömrəli avtomobilin sənədləri obyektiv araşdırılsın. Həmin avtomobilin yeni nömrəsi 23 Bİ 023 -dir.

Bundan başqa, VAZ- 2101 markalı 10 FO 143 nömrəli avtomobil qanunsuz olaraq başqa şəxsin adına sənədləşdirilib. Həmin avtomobilin də sahibi dünyasını dəyişib.

Xahiş edirəm texniki pasportlardakı tarixlərlə həmin avtomobillərin sahiblərinin ölüm tarixləri obyektiv araşdırılsın. Belə olanda Yelmar Həsənovun cinayət əməlləri sübut olunacaq”.

Y.Həsənov hələ polis kapitan olarkən, keçmiş rəisin dövründən Yevlax “MERO”da bazar açmışdı.

Mətbuatda dəfələrlə onun barəsində ittiham dolu məlumatlar dərc olunub. Ancaq əməllərini yığışdırmayan şöbə rəisi indi biznesini daha da genişləndirib.

Ölkədə hər cür məmur özbaşınalığı görülmüşdü, beləsi yox imiş: ölən şəxslərin adından alqı-satqı elə və pul qazan.

FİA.Az mediaya istinadla yazır ki, bundan qabaq Ucar rayon sakinləri Azər Purqafari və Hüseyn Xəlilov şikayət məktubu yazmışdılar.

Onlar arqument.az-a bildirmişdilər ki, Yelmar Həsənovun pul almasının videoçəkilişi də var: “Bu videoçəkilişi şikayət ərizəmizi araşdıracaq hüquq-mühafizə orqanına təqdim edəcəyik”.

Şikayət məktubu yazan vətəndaşlar qeyd edirlər ki, Azər Purqafari "Mersedes BENZ” C 180 markalı 10 XD 872 dövlət nömrə nişanlı avtomobilini Hüseyn Xəlilova satıb:

“Avtomobili Hüseynin adına qeydiyyata aldırmaq üçün 15 sentyabr 2015-ci il tarixdə Yevlax Rayonlar arası Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinə gəldik.

Orada 6 nömrəli otaqda əyləşən dövlət avtomobil müfəttişi polis kapitanı Yelmar Həsənov bizə "avtomobiliniz Bankda girovdadır və bunun xərci çoxdur" deyib bizdən 230 manat istədi.

Pulumuzun az olmasını, 15 manatda yol pulu saxlamaq lazım olacağını dedikdən sonra 200 manat Yelmar Həsənova verdik.

200 manatı alıb bizə minnət də qoyub dedi ki, 200 manata həm avtomobili qeydiyatın dəyişdim, həm də texniki baxışdan keçirtdim.

Həmçinin avtomobilin 50 manat cəriməsi olduğunuda deyib onu kassaya ödətdirdi. Bütün bu prosesləri video lentə aldıq ki, bu vəzifəli şəxsin barəsində qanunu tədbir görsünlər.

Çünki Yelmar Həsənov orada 6 nömrəli otağında oturub bu minvalla camaatın cibini soyub hər gün küllü miqdarda pul qazanır.

Yeddi rayonu əhatə edən Yevlax Rayonlar arası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində hər gün yüzlərlə insanlar gəlir və beləcə əziyyət çəkirlər”.

Ucar sakinləri iddia edir ki, Yelmar Həsənovun avtomobilinin qiyməti 100 min manatdan bahadı: "Yevlax rayonunda şadlıq evləri, ticarət mərkəzləri fəaliyyət göstərir.

Ancaq hesablanarsa onun özünün gün ərzində 6 nömrəli kabinetdə qazandığı pulların miqdarı həmin obyektlərin qacancından qat-qat çoxdur.

Bunu onun kabinetinin qarşısındakı növbəyə duran insanların sayı ilə hesablamaq kifayətdir.

Biz bu korrupsiya cinayət faktı barədə Prezidentə, Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşər Nazirliyinə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət edəcəyik.

Əlimizdə olan rüşvətalma görüntüləri olan video faktı həmin orqanlara təqdim edəcəyik”.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.

Fia.Az

Oxunub: 5 065





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69