Lamiyə işi gündəmdə: Aslan Aslanov bir gənci Qobustanda çürüdür - ÖZƏL

Aslan Aslanov bir gənci Qobustanda çürüdür
Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov bir gəncdən qisas alır

fia.az-ın verdiyi məlumata görə,
oğlu Ruslan Aslanovu öldürməkdə ittiham edilərək ömürlük həbsə məhkum edilən Vüqar Əliyev Qobustan türməsində çürüdülür.

Keçmiş başçının oğlunu öldürən Lamiyə Quliyeva artıq azadlıqdadır, amma Vüqar Əliyevin ömrü həbsdə bitir. Bir gəncin həyatını məhv edən A.Aslanov məqsədli şəkildə intiqam alır.

Çünki Cinayət Məcəlləsində bir nəfəri öldürməyə görə ömürlük həbs cəzası nəzərdə tutulmur.

Amma qanun tanımayan A.Aslanov hələ də əlaqələrindən istifadə edərək oğlunun qatilini ölənə qədər həbsdə saxladır.

Azərbaycanda çox nadir hallarda bir ölüm işinə görə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilir.

Məhkumun atasının dediklərinə diqqət edək:
“Ruslan Aslanova 3 bıçaq vurulub və amma ittiham aktında yazılıb ki, guya ona 18 bıçaq zərbəsi endirilib. Bu Aslan Aslanovun quramasıdır. O, oğlunun amansızlıqla qətlə yetirildiyi barədə rəy yaradırdı.

İstəyirdi ki, Vüqarı ömürlük həbsxanaya saldırsın, buna da nali oldu. Aslan Aslanov prokurora, müstəntiqə, bir sözlə, hamıya təzyiq edirdi.

Mənim oğlumun bu hadisədə təqsiri yoxdur. Sadəcə Ruslan qətlə yetirilən vaxt orda olub. Özü də onu ora elə Ruslanın özü aparıb. Deyib ki, mənimlə gedək Lamiyə ilə üzləşim”.

fia.az xəbər verir ki, Vüqar Əliyev təqsiri olmasa da, həbs ediləndən sonra işgəncələrə məruz qalıb. Aslan Aslanovun məqsədi qətli özünə və ailəsinə sui-qəsd kimi qələmə vermək olub.

Bu baxımdan ortaya müxtəlif versiyalar atıb və Vüqar Əliyevdən onun dediklərini təsdiqləməsini tələb edib. Guya Ruslanın qətlində Vüqar və Lamiyədən başqa üçüncü şəxsin də əli olub. Amma heç bir ad çəkməyiblər.

Sadəcə Vüqara deyiblər ki, siz üç nəfər olmusunuz və üçüncü adamın adını de. Daha sonra Aslan Aslanov Vüqardan tələb edib ki, qətlin sifarişçisi kimi vergilər naziri Fazil Məmmədovun və ”Saşa” ləqəbli Şahbaz Süleymanov adında bir şəxsin adını çək.

Daha sonra başqa versiya ortaya atılıb. Guya Ruslanı Şəmkirin bazarkomu Elpərəstin öldürtdürüb. Vüqar Aslan Aslanovun bu tələblərini yerinə yetirməyib.

O adamların əleyhinə danışmayıb. Buna görə də amansız işgəncələr veriblər. Tapançanın arxası ilə vurub 6 dişini sındırıblar, başına butulka vuraraq ölümcül hala salıblar.

Lamiyənin bir uşağı Aslan Aslanovun oğlundan olub. O, Ruslanı öldürəndə bətnində uşağı olub. Həmin uşağı Aslan Aslanovun göstərişilə Şəmkir Mərkəzi Xəstəxanasının Dünya adlı həkimi abort eləyib.

Həmin həkim Aslan Aslanovun kəndçisidir. Daha sonra Lamiyə Quliyeva həbsxanada uşağa qalıb. Həmin uşağın atası onun cəzaçəkdiyi müəssisənin keçmiş rəisi Müzəffər olub. O uşağı da abort eləyiblər.

Sonra üçüncü uşaq olub. Bu uşağın da atası keçmiş rəisdir. Bunu ona görə abort eləməyib ki, rəis həmin vaxt işdən çıxıb. Lamiyə də uşağı saxlayıb.

Ancaq indi təkcə əziyyət çəkən Vüqar Əliyevdir. Bir nəfəri öldürməyə görə ömürlük hökm oxunması məhz məmur sifarişidir. Ona ən yaxşı halda 15 il həbs cəzası verilə bilərdi.

Fia.Az

Oxunub: 301





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69