Lənkəranskinin qardaşı Bakıya dönüb: Canıyevin xahişini general edib? - İddia

Canıyevin xahişini general edib?
İstanbul Bakırköy məhkəməsinin Namiq Canıyev barədə çıxardığı bəraət onun vəzifəsinə qayıtmasına səbəb ola bilər

FİA.Az mediaya istinadla xəbər verir ki,
Keşlə gömrük postunun rəisi Azərbaycana gəlib.

Dövlət Gömrük Komitəsi post rəisinin həbsi və azadlığa buraxılması barədə susur. Lakin iddialar səslənir ki, onun azadlığa buraxılmasında yüksək çinli bir məmurun, general rütbəli şəxsin rolu olub.

Türkiyənin hakim elitası ilə yüksək münasibətlərə malik olan general N.Canıyevin azad olunması üçün minnətçi düşüb.

Qətlə yetirilən avtoritet Rövşən Lənkəranskinin qardaşı olan N.Canıyevin işinin başına dönəcəyi gözlənilir.

İstintaq zamanı Namiq Canıyev başda olmaqla, digər şübhəlilər - Əli Abdullayev, Camal Həsənov və Hacıbaba Talıbxanlının ölkədən çıxışına qadağa qoyulsa da, məhkəmədə bu qərar ləğv edilib.

Şübhəli bilinən şəxslərin qərara etiraz etməsi ilə yenidən araşdırma aparılıb və yekun qərar verilib. Son qərara görə, Canıyev və digərləri bəraət alıblar.

Bu prosesin tezləşdirilməsində qardaş ölkədə yaşayan nüfuzlu bir azərbaycanlı iş adamının rolunun olduğu da bildirilir.

Hazırda sərəncamda olan Canıyevin sui-qəsd iddiasında heç bir günahı olmadığı artıq rəsmən öz təsdiqini tapıb. Belə olan halda Namiq Canıyevin ya əvvəlki vəzifəsinə qayıdacağı, ya da başqa bir posta göndəriləcəyi gözlənilir.

Sözügedən sui-qəsd iddiasından sonra Namiq Canıyev 2017-ci ilin noyabr ayında Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad olunub.

FİA.Az mediaya istinadla xəbər verir ki, Canıyevin buraxılması üçün xahiş edən nüfuzlu iş adamının Mübariz Mənsimov olduğunu iddia edənlər var.

Canıyevlə Mənsimovun münasibətləri olduğu deyilir. Onları birləşdirən iqtisadi və həmyerli faktorlarıdır.

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifova sui-qəsd ittihamı ilə həbs edilən N.Canıyevin qardaşının qisasını almaq istəyibmiş. Amma N.Canıyev adamları ilə birgə həbs edilib.

Namiq Caniyev və Mehmet Sabri Şirinə 5 milyon dollar qarşılığında Rövşən Lənkəranskinin qatillərinin aradan götürülməsi barədə razılığa gəlindiyi bildirilir.

Hadisə zamanı saxlanılan şəxslərin üzüstə yerə yıxaraq fotoları çəkilib. Lakin bu məsələnin əsas tərəfi Keşlə gömrük postunun rəisi olan N.Canıyevin həmin şəxslərlə necə əlbir olması faktıdır.

İddialara görə, Lənkəranskinin qardaşı vəzifədə olduğu vaxtdan kriminal aləmlə əlaqəli olub. Onun qardaşının oğru dünyasındakı dostları ilə tanışlığı var imiş.

Bu köklü münasibətlər N.Canıyevin vəzifədə qalmasına mane olmayıb. Ondan sonra polkovnik qardaşının qətlinin qisası üçün İstanbulda Lənkəranskinin adamlarını tapmaqda çətinlik çəkməyib.

Onlar da çoxdan “Quli”nin azadlığa buraxılmasını gözləyirmişlər. Amma N.Canıyev çox tələskənlik göstərib. O, planı kortəbii qurub və ələ keçib.

“Lotu Quli”nin azadlığa çıxmasından ən azı bir neçə ay sonra plan qura bilərdi ki, çox erkən davranıb.

İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində 4-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər yaxalanıb. Əməliyyat zamanı saxlanılan şəxslərdən 9 tapança götürülüb.

Hətta həbsdə qalacağı halda N.Canıyev Lənkəranskinin yolunu davam etdirə, kriminal aləmdə yeni era başlada bilər, o cümlədən Rövşənin tərəfdarlarını da başına toplaya və “Quli”yə müharibə elan edə bilər.

Ancaq bunun üçün tacqoyma mərasimi keçirilməli və rəsmən Canıyevə avtoritet titulu verilməlidir.

Fia.Az

Oxunub: 1 555





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69