Məktəbdə seks videosu media və cəmiyyəti ikiyə parçaladı - Qalmaqal/Təfsilat

Məktəbdə seks videosu media və cəmiyyəti ikiyə parçaladı
Ölkə mediası və sosial şəbəkələr orta məktəbdə əxlaqsızlıq olayını müzakirə edir

FİA.Az xəbər verir ki,
məktəbdə çəkilmiş intim videosu cəmiyyəti ikiyə parçalayıb.

11-ci sinif şagirdinin 7-ci sinif şagirdi olan qızla cinsi əlaqəsini bəziləri seksual xarakterli zorakılıq, bir qrup könüllü olan münasibət, kimisi həddi-buluğ yaşına çatmamış qıza qarşı əxlaqsızlıq kimi qiymətləndirir.

Lakin məsələnin aspekti KİV-in həmin hadisəni işıqlandırmasıdır. Az sayda KİV qızın fotosunu, bu mövzunu tirajlamadı. Əksəriyyət isə oxucu, İP arxasınca qaçaraq iyrənc bir olayı gündəmə, manşetə daşıdı.

Amma o qızın videosunu, fotosunu, ad-soyadını təqdim edənlər onun taleyini, gələcəyini düşünmədilər.

Mətbuat fikirləşmədi ki, yeniyetmə qızı balaca bir ölkədə rüsvay edirlər. Onun gələcəyi, təhsili, karyerası, şəxsi həyatını məhv edirlər.

Bundan sonra onun ailəsinin, qohumlarının üzünə necə çıxacağı, dostlarının, cəmiyyətin içində xəcalət çəkəcəyi KİV-in vecinə də olmadı. Hətta o video yayılmışdısa da, qızın fotosunu verməmək, yaymamaq olardı.

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi Rzayev Cavidan Bakı İstintaq Təcridxanasına köçürülüb.

R.C 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Tutulan məktəblinin keçmiş müdafiə naziri, general Dadaş Rzayevin nəvəsi olduğu deyilsə də, ailəsi bu xəbərləri təkzib edib.

“Xəbər çıxandan telefonlarımız susmur. Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil”.

Bunu sabiq müdafiə naziri, general Dadaş Rzayevin xanımı Ayişə Rzayeva deyib. Ayişə Rzayeva bu gün Bakıda məktəbdə intim görüntüsü yayılan şagirdin Dadaş Rzayevin nəvəsi olması barədə yayılan xəbərləri təxribat adlandırıb.

FİA.Az xəbər verir ki,
bu qalmaqallı mövzu sosial şəbəkələri də bir-birinə vurub. Onların hərəkətini əxlaqsızlıq adlandıranlarla yanaşı 11-ci sinif şagirdinin 7-ci sinif şagirdini zorlamadığını, könüllü cinsi əlaqə olduğunu söyləyənlər də var.

İstənilən halda isə həm təhsil ocaqlarında maarifləndirici tədbirlər görülməli, nəzarət gücləndirilməli, həm də media belə həssas, intim mövzularda diqqətli olmalıdır.

Bu hadisə ilə o qızın taleyinin üstündən xətt çəkildi və cəmiyyətdə biabır edildi. Üstəlik, həmin təhsil ocağı rəhbərliyinin də məsuliyyətsizliyi gündəmə gəlir.

Mətbuatda yayılmış xəbərlərə görə, 132-134 nömrəli təhsil kompleksi zahiri görüntü baxımından mükəmməldir.

Amma çox heyif ki, qədim tarixi olan bu məktəbə doğma dilində sərbəst danışmağı belə bacarmayan, uşaq psixologiyasından xəbərsiz, rüşvətxor insan rəhbərlik edir.

Direktor 1-ci sinifə qəbul prosedurunu mürəkkəbləşdirib, elə bir eybəcər hala salıb ki, əməllərinə ad vermək üçün söz də tapmaq olmur.

“Azpolitika.info” dəqiqləşdirib ki, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli hərəkət edən 11-ci sinif şagirdi sabiq müdafiə nazirinin deyil, müdafiə nazirini sabiq müavinin nəvəsidir.

Daha dəqiqi, Dadaş Rzayevin deyil, müdafiə nazirinin sabiq müavini, mərhum general-mayor Zaur Rzayevin nəvəsidir.

Dadaş Rzayevin nəvələrinin hazırda Azərbaycanda olmadığını deyən Ayişə Rzayeva qeyd edib ki, bu hadisədən sonra özü və yaxınları narahatlıq keçiriblər: “Bütün qohumlar, yaxınlar zəng edir ki, bu nə xəbərdir?

Belə bir generala qarşı bu cür hərəkət olarmı? Dəqiqləşdirilməmiş məlumatı yaymaq nə qədər doğrudur? Nüfuzlu bir generalın adına ləkə gətirmək, şəklini qoyub, nə gəldi yazmaq kimlərin marağında ola bilər?”.

Ayişə Rzayeva generalın bu məlumatlardan xəbərsiz olduğunu, səhhəti ilə bağlı ondan gizlətdiklərini söyləyib: “Dadaş müəllim insult keçirib.

Belə bir vaxtda onun haqqında yalan və ayıb məlumatlar yayılması ona çox pis təsir edəcək. Bu barədə ona qəti olaraq məlumat verməmişik. Çalışıram ki, xəbər tutmasın”.

Generalın xanımı qalmaqal baş verən məktəbdə heç bir qohumlarının təhsil almadığını da söyləyib: “Ölkədə minlərlə Rzayev var. Hər Rzayevi gətirib Dadaş Rzayevlə bağlamaq olmaz axı”.

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Fia.Az

Oxunub: 21 193





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69