Kərə yağı ucuzlaşmır, yumurta qalxır və... - Təcili

Kərə yağı ucuzlaşmır, yumurta qalxır və...
Azərbaycanda yeni bahalaşma dalğasının gələcəyin haqda yazdıqlarımız təsdiqlənir

fia.az-ın İqtisadiyyat Şöbəsinin hazırladığı araşdırma materiallarından aydın olur ki,
vəd olunan kərə yağının ucuzlaşması reallaşmır.

Əvəzində isə yumurtanın qiyməti qalxır. Təzə ilin əvvəlində isə mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində də bahalaşma gözlənilir.

Hökumət bahalaşma siyasətini səssiz-səmirsiz, sükutla həyata keçirir. Yağın bahalaşması ciddi ajiotaj yaratmışdı. Qərara alınıb ki, hər gün bir məhsul 1-3 qəpik arasında qalxsın.

Artıq yağın, digər süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində bahalaşma özünü göstərir.

Digər bahalaşan məhsul yumurtadır. Hazırda fabrik yumurtasının 1 ədədi 15 qəpik, kənd yumurtası adı ilə satılan məhsulun 1 ədədi isə 24 qəpikdir.

Məlum olduğu kimi hər il Yeni il ərəfəsində əhalinin artan tələbatını nəzərə alan iş adamları qiymətləri “ceyran belinə” qaldırırlar.

Marketdə ən çox qiymət artımı xaricdən idxal olunan şirniyyatların qiymətində də özünü göstərir. Eyni zamanda benzinin qiymətindəki artım bahalaşmaya ciddi təsir edir.

Qiymət artımının səbəbi istehsalın az olması və inhisarçılıqla bağlıdır. Azərbaycanda idxal inhisardadır. Əgər ölkəmizdə idxal inhisarda olmasa, digər ölkələrdən ölkəmizə ucuz mal-məhsul gətirilər və qiymət aşağı düşər.

Həmçinin istehsalın az olması ölkədə tələbata uyğun malın-məhsulun istehsal olmaması, mal çatışmamazlığı yaradır. Bu haldan da istifadə edirlər.

Kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın da qiyməti artıb.

Habelə, kərə, bitki yağlarının, şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da qiymətinin artdığı bildirilir.

Bundan başqa, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində də bahalaşma müşahidə olunub.

2017-ci ilin yanvarında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların qiymətində də artım baş verib.

Manatın devalvasiyasına görə Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti fevralın 1-dən bahalaşdı. Bu da bazarlrda qiymətlərə təsir etdi.

fia.az-ın İqtisadiyyat Şöbəsi yazır ki, maliyyə naziri Samir Şərifovun açıqlaması anlaşılan deyil.

Nazir deyir ki, daimi gəlir mənbəyi olmadan dövlət büdcəsinin xərclərinin artırılması lazımsız risklərə gətirib çıxara bilər.

Biz optimal səviyyədə xərcləri tənzimləməli və çalışmalıyıq ki, gəlirlərimiz qeyri-neft sektoru hesabına artsın, neftin satışından əldə olunan gəlirlər isə ehtiyat saxlanmalıdır. Çünki ehtiyatlara çətin dövrlərdə ehtiyac olur.

Mərkəzi Bank sədri açıqlama verir ki, neftin qiymətləri yüksələn vaxt büdcənin gəlirlərinin artırılmasının tərəfdarı deyil.

Hər ikisi büdcənin neft pulları vasitəsilə doldurulmasının əleyhinə danışır, amma parlamentə təqdim etdikləri büdcənin mədaxilinin hər 5 manatından 3-nün neft gəlirləri hesabına formalaşdırılmasını təklif edirlər.

Belə görsənir ki, ölkənin maliyyə naziri, baş bankiri də iqtisadiyyatda nələr baş verdiyini gözəl bilirlər.

Lakin büdcə tərtibi prosesinə təsir etmək gücündə deyillər, bəs, görəsən onda büdcəni kimvə harda hazırlayıb?

Yoxsa, hər iki iqtisadçı parlamentdə oxşar bəyanatlar verməklə gələcək Azərbaycan iqtisadiyyatında baş verə biləcək neqativ proseslərin məsuliyyətindən azad olmaq üçün özlərini indidən sığortalamaq istəyirlər?

Mərkəzi Bank sədri diqqətə çatdırıb ki, Azərbaycan iqtisadiyyatı xarici şoklardan, bir sözlə əsasən dünya bazarında neftin qiymətindən çox asılıdır.

Çünki satmağa başqa məhsulu olmayan Azərbaycanda büdcə, xarici ticarət, valyuta bazarı və bütövlükdə iqtisadiyyat da neft gəlirlərindən qidalanır.

Bu isə o deməkdir ki, gələn il manatın dollara və digər valyutalara nəzərən məzənnəsi əsasən neft-qaz gəlirlərindən asılı olacaq.

Əgər neft və qaz satıb ölkəyə ən azı bu ilki qədər və ya ondan çox valyuta gətirə bilsək, manat indiki məzənnəsini qoruyub saxlayacaq, yox əksinə olsa, onda manat yenidən ucuzlaşacaq.

Elman Rüstəmovun sonuncu açıqlaması reallaşa bilər, O halda ki, gələn il manatın məzənnəsi sabit qalmaqda və ya möhkəmlənməkdə davam edərsə, eləcə də enerji daşıyıcılarının, kommunal xidmətlərin və nəqliyyatda, xüsusilə də metroda gediş haqqlarının tariflərində bahalşma baş verməzsə inflyasiyanı cilovlamaq mümkündür.

Həm də onu da nəzərə almaq lazımdır ki, inflyasiya baza ilinə nisbətdə qiymətlərin dəyişməsi və artması deməkdir, baza ili olaraq da bu il götürülür.

Bu ilin 10 ayı ərzində Azərbaycanda orta illik inflyasiya onsuz da yüksək olub – 13,7 faiz. Belə olan halda da əvvəlki ildə qiymətlər nə qədər çox bahalaşsa ondan sonakı ildə artım tempi ona nisbətdə bir o qədər az ola bilər.

Artıq 2-ci ildir ki, istehlak bazarında ardıcıl olaraq iki rəqəmli inflyasiya müşahidə oldunğunu nəzərə alsaq, güman edirəm ki, növbəti il inflyasiyanı bir rəqəmli səviyyəyə endirmək çox da çətin olmayacaq.

Fia.Az

Oxunub: 373





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69