Hesablama Palatası və Tarif Şurasından metro “müjdə”sinə hazırlıq - Gəlişmə

Hesablama Palatası və Tarif Şurasından metro “müjdə”sinə hazırlıq
Gələn ildən Bakı metrosunda gediş haqlarının artırılması gözlənilir

fia.az-ın verdiyi məlumata görə,
Hesablama Palatasının 2018-ci ildə “Bakı Metropoliteni”nə ayrılmış 45 milyon manat subsidiyaya etiraz etməsi belə əsas yaradıb.

Hesablama Palatası (HP) dövlət büdcəsi layihəsinə rəyində buna qarşı çıxıb. Palata nəzarət tədbirlərinin nəticələrinə istinadən hesab edir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərini, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərcləri azaltmaq olar.

HP hesab edir ki, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə Bakı Metropoliteninə ayrılan subsidiyaları optimallaşdırmaq olar.

Hazırda qiymət 20 qəpikdir, 30 qəpiyə qədər qalxa bilər. Əvvəllər də belə bir rəqəm səsləndirilmişdi.

Çünki qurum hesablamalar nəticəsində belə bir qənaətə gəlmişdi ki, bir sərnişinin daşınması üçün metropoliten 50-55 qəpik xərcləyir. Qiymətin birdən-birə o dərəcədə artacağı gözlənilmir.

Amma 30 qəpik olacağı istisna edilmir. Ancaq ən azından indiki qiymətlərin üzərinə 10 qəpik gəlməklə gedişhaqqının artırılması ehtimalı var.

Vətəndaşların nəqliyyat xərcləri artdıqca, digər xərclərə qənaət etməyə məcbur olacaqlar. Xərclərin digər istiqamətlərində dəyişiklik etməyə məcbur olacaqlar.

Ən azından 10 qəpik artsa və vətəndaş gediş-gəliş üçün ən azı iki dəfə metrodan istifadə etsə, həftədə təxminən 1.4 manat, ayda isə 6 manata yaxın əlavə vəsait ödəyəcək.

fia.az xəbər verir ki, metropolitendə bir sərnişinin daşınma xərci onun ödədiyi genişhaqqından bahadır. Bu rəqəm də illər üzrə dəyişir.

Məsələn, ötən il üçün bir nəfərin metrodan istifadəsi 54 qəpiyə başa gəlmişdi. Onun 20 qəpiyini sərnişin ödəyir, qalan hissəsi isə subsidiya olaraq nəzərdə tutulur və dövlət tərəfindən ödənilir.

Dövlət sosial layihələr həyata keçirərkən, qiymətin artırılmasını məqsədəuyğun hesab etmədiyi bu kimi sahələrə subsidiya verir.

Ancaq Palata subsidiyalara qarşı çıxırsa, Tarif Şurasının yanvar və ya sonrakı aylarda əhalini “şad” xəbər edəcəyi gözləniləndir.

Onsuz da yeni ildən ölkədə bahalaşma nəzərdə tutulur. Seçki ilində hökumətin belə bir iqtisadi platforma ilə meydana çıxması da maraq doğurur.

Amma hələlik ictimai rəy testdən keçirilir və cəmiyyətin reaksiyası öyrənilir. Bu məqsədlə mətbuatda Bakı Metropoliten QSC-nin zərərlə işləməsi haqda statistik məlumatlar yayılır.

Artım olarsa aztəminatlı təbəqənin cibinə növbəti zərbə dəymiş olacaq. Çünki metrodan əhalinin imkansız təbəqəsi istifadə edir.

Yalnız prezidentin müdaxiləsi bu prosesin qarşısını ala bilər. Elə sosial şəиəkələrdə də “Cənab prezident, qoymayın, imkan verməyin ki, Tarif Şurasına yenə bizə “sürpriz” eləsin” tipli statuslar yazılır.

Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır.

İkincisi, metroda gediş haqqı inflyasiya hesablamaq üçün təsdiq olunmuş 585 adda mal və xidmətdən ibarət istehlak səbətində xüsusi çəkisi ilk beşliyə daxil olan məhsul və xidmətlərin siyahısına daxildir.

Fia.Az

Oxunub: 380





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69