“Azərsun holdinq” və “Bravo” iki nəhəng şəbəkəni inhisara alır - Detallar

“Azərsun holdinq” və “Bravo” iki nəhəng şəbəkəni inhisara alır
Azərbaycanda supermarketlərin bir əldə cəmləşməsi prosesi gedir

fia.az-ın əldə etdiyi məlumata görə,
şəbəkələşmə və təmərküzləşmə siyasətində marketlər inhisara alınır.

Hazırda “Makromart” marketlərinin “Azərsun holdinq”in nəzarətinə keçirilməsi prosesi başlanıb. Eləcə də “Bizim” marketlər “Bravo” marketin tərkibinə daxil olacaq.

Bununla da Azərbaycanda iri supermarket şəbəkələri iki müəssisə tərəfindən monopoliyaya alınacaq.

Bundan əvvəl “Araz” supermarketləri eyni taleyi yaşayıb. Həmçinin yaxın dövrdə “Bazar store” şəbəkəsinin də bir ələ cəmləşməsi gözlənilən proqnozdur.

Son vaxtlar paytaxtda gündəlik tələbat malları bazarının təmərküzləşməsi daha da sürətlənib.

Əgər 2005-ci ilə qədər Bakı əhalisinin ərzaq məhsullarına tələbatını kiçik dövriyəli ticarət obyektləri təmin edirdisə, hazırda vəziyyət fərqlidir.

Böyük market şəbəkələrinin yaradılması prosesi genişlənməkdədir. Xüsusilə bu proses ADA şirkətlər qrupuna məxsus “Almalı” ticarət şəbəkəsinin çöküşündən sonra sürətlənib.

Belə ki, dəyərləndirmələrə görə, vaxtilə respublikanın 3 şəhərində 40 dan çox satış mərkəzi olan “Almalı” ticarət şəbəkəsinin bazarı tərk etməsi bu sahədə inhisarçılığı azaldıb.

fia.az-ın əldə etdiyi məlumata görə, hazırda supermarketlər paytaxt əhalisinin ərzaq məhsullarına olan tələbatının təxminən 25%-ni ödəyir.

Hansı ki bu pay keçən hər gün artır. Gündəlik tələbat malları bazarının texniki və keyfiyyət baxımdan inkişaf etdirilməsi prosesi 2005-ci ildən sonra başlayıb.

Zaman keçdikcə alıcıların dəyişməkdə olan zövqünü qarşılamaq, daha üstün xidmətlər təklif etmək məqsədilə bu sahədə fəaliyyət göstərən sahibkarlar supermarketlərin rəqabət qabiliyyətli olacağını anladılar.

Beləliklə paytaxtın müxtəlif yerlərində “Bizim market”, “Qrandmart”, “Səbət”, “Makros”, “Neptun” və s. adlarla xidmət göstərən ticarət şəbəkələri meydana gəldi.

Supermarketlərin sürətlə artması əhalinin yaşam mədəniyyətində müsbət rol oynasa da bəzi problemlər yaradır. Rəqabət apara bilməyən xırda ticarət obyektlərinin bağlanması kütləviləşir.

Nəticədə işsizlik artır. O cümlədən bu sektorda yaradılan əlavə gəlir bölgüsü ədalətsizləşir, təbəqələşmə sürətlənir, monopoliya meylləri artır.

Nəzərə alsaq ki, ölkədə ən az inhisarlaşan sahə məhz gündəlik tələbat malları bazarıdır, bu da işbazların diqqətini cəlb etməyə bilməz.

Lakin ADA” şirkətlər qrupunun idarəçiliyində fəaliyyət göstərən “Almalı” marketlər şəbəkəsinin iflasından sonra inhisarlıq meylləri nəzərə çarpacaq dərəcədə azalıb.

Fia.Az

Oxunub: 2 889





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69