Lənkəranskinin gömrük rəisi olmuş qardaşı biznesin başına qayıtdı - Özəl

Lənkəranskinin gömrük rəisi olmuş qardaşı biznesin başına qayıtdı
Dövlət Gömrük Komitəsinin Keşlə postunun keçmiş rəisi Namiq Canıyev Bakıdadır

FİA.Az Feysbukda yayılmış xəbərlərə istinadən yazır ki,
N.Canıyev biznesinin başına qayıdıb.

İstanbul həbsxanasından çıxan sabiq gömrük rəisinin vəzifədən azad olunması haqda əmr tutulmasından iki qabağa imzalanıbmış. DGK N.Canıyevlə bağlı məsuliyyəti üzərindən atmaqla söz-söhbətlərə son qoyub.

Ancaq bu o demək deyil ki, gömrük generalları və rəhbərliyin Canıyevlə əlaqələri kəsilib.

Sosial şəbəkələrdə iddialar var ki, onun azadlığa çıxmasında da gömrük kuratoru olan nazirin böyük dəstəyi olub.

Bundan sonra biznesini genişləndirməyi planlaşdıran N.Canıyev Lənkəran və Bakıdakı obyektlərinə diqqət ayırıb.

N.Canıyevin mərhum qardaşı, nüfuzlu kriminal avtoritet Rövşən Lənkəranskinin qisasını almaq üçün “Lotu Quli”yə sui-qəsd planlaşdırması haqda iddialar da əsassız olub.

Deyilənə görə, bu məsələ ictimai rəyin diqqətini yayındırmağa yönəlib. N.Canıyev o qədər sadəlövh, məntiqsiz adam deyil ki, dəstə yığıb Türkiyəyə gedə, Nadir Səlifovu öldürmək istəyə.

Əgər belə niyyəti olsaydı, “Lotu Quli”ni həbsdə aradan götürərdilər. Ona görə də cəmiyyəti çaşdıran bu informasiyalar və ona ittiham irəli sürülməsinin arxasında sirr pərdəsi var.

Odur ki, 4 ay çəkməmiş ittihamlar sübuta yetirilmir və Canıyev azadlığa çıxır. Düzdür, bu hadisə vəzifəsini itirməsi bahasına başa gəlir.

FİA.Az Feysbukda yayılmış xəbərlərə istinadən yazır ki,
N.Canıyev Lənkərana da gedib, biznes işləri ilə maraqlanıb və Bakıya qayıdıb.

“Neon” restoranlar şəbəkəsi də Canıyevlərə məxsusdur.Lənkəranskinin dostluq münasibətində olduğu tanınmışlardan biri də Allahşükür Paşazadədir.

Şeyxin həmyerlisi olan ”Rövşən Lənkəranski" ilə biznes əlaqələrinin olduğu da bildirilir.

Bir neçə il öncə “Rövşən Lənkəranski” silah saxlama və başqa bir neçə maddə ilə həbs olunsa da “cinayətkar aləmin” təəccüblə qarşıladığı bir hadisə baş verib.

Belə ki, məhkəmə Caniyevə bəraət verərək onu həbsdən azad etdi. Bu, Azərbaycanda “cinayətkar aləmin” təcrübəsində görünməmiş hadisə idi.

“Rövşən Lənkəranski” həbs olunan zaman onun buraxılması üçün xahiş edənlərdən də biri hörmətli Şeyx olub.

Statistik məlumatlara görə 2010-cu ilə qədər Yekaterinburqda meyvə-tərəvəz satan 600-a qədər ticarət köşkü olub, son illər onların sayı yarıyadək azalıb. Ehtimal olunur ki, buna "Rövşən Lənkəranski" ilə "Ded Xasan" arasında müharibə səbəb olub.

Lakin köşklərin sayının yenidən artdığı bildirilir. Təxmini hesablamalara görə Yekatrinburqdan hər ay Rövşənə 5-10 milyon rubl pul gedirdi.

"Bir dəstə cəfəri aldınsa deməli şərti olaraq "vor zakon"un cibinə 1 rubl getdi"-jurnalistin həmsöhbəti deyir.

O, dəqiqləşdirir ki, əvvəllər Canıyev "Ded Xasan"la müharibəyə görə pul yığırdı. Nəhayət 2013-cü ildə "Ded Xasan" öldürüldü, buna görə də onun klanından olan "vor zakon"lar Rövşənə ölüm hökmü çıxardılar.

Fia.Az

Oxunub: 1 925





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69