Prokuror partiya sədrinə 10 il cəza istədi

Prokuror partiya sədrinə 10 il cəza istədi
Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib


O, Musa Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses mayın 22-də davam edəcək.

İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Musa Tukanov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.(publika.az)

Fia.Az

Oxunub: 305





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69