Bir ailənin iki üzvü 700 bal topladı

Bir ailənin iki üzvü 700 bal topladı
Bakı şəhəri, 214 saylı tam orta məktəbin şagirdi Leyli Əhmədova qəbul imtahanında 700 bal toplayan 7 abituriyentdən biridir. III ixtisas qrupu üzrə maksimum nəticə göstərən Leylinin qardaşı da 3 il əvvəl imtahanda 700 bal toplayıb

FİA.AZ Azvision.az-a istinadən bildirir ki, L.Əhmədova açıqlamasında sınaq imtahanlarında həmişə yüksək bal topladığını deyib.

“Sınaq imtahanlarında hər zaman yüksək nəticə göstərmişəm. Sadəcə qorxduğum kiçik səhvin məni 700 baldan məhrum etməsi idi. Amma hər şey uğurla keçdi və mən maksimum nəticə göstərdim. 11 il ərzində hər zaman yüksək qiymətlərlə oxumuşam və nəhayət, zəhmətimin bəhrəsini gördüm. 3 il əvvəl qardaşım İbrahim II ixtisas qrupu üzrə 700 bal toplayıb, hazırda ADA Universitetində Beynəlxalq münasibətlər fakültəsində təhsil alır. Anam Riyaziyyat müəlliməsidir. Bizdə oxumağa meyl ondan gəlib. 4 fəndən hazırlığa getmişəm, Riyaziyyatdan isə məni qardaşım hazırlaşdırıb ”.

Rekordçu Leyli oxuyacağı təhsil ocağını seçməkdə tələsmir: “Qarşıda hələ 3 ayım var, seçimə tələsmirəm”.

Leyli həmçinin çox oxumaqdan gözlərinin zəiflədiyini söyləyib.

Fia.Az

Oxunub: 469





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69