Zaranın 100 min manatlıq təqdimatında qalmaqal – Rəqqasə biabır oldu – FOTOLAR

Zaranın 100 min manatlıq təqdimatında qalmaqal
Bir neçə öncə rəqqasə Zara özünə bahalı şou təşkil etdirib.
Minval.info xəbər verir ki, rəqqasə yeni klipini təqdim etmək üçün məşhur simaları başına toplayıb, onlara ziyafət verib


Gecənin aparıcılığını Afaq Gəncəli və Sərxan Kərəmoğlu edib, səhnəyə Aygün Kazımova, Röya, Miryusif, Rəhim Rəhimli və digər ulduzlar çıxıb. Bir çox media nümayəndəsinin iştirak etdiyi tədbirdə Zara şousuna qatılan, səhnəyə çıxan bütün tanınmışları öz dostları kimi təqdim edib.

Əslində isə Zara “ilin ən bahalı şousu” adı verdiyi tədbirinə bütün müğənniləri ödəniş qarşılığında çağırıb. O, Miryusifə 12 min, Röyaya 10 min manat ödəyib.

Aygün Kazımovaya isə son anda pulu çatışmayıb. Belə iddia edilir ki, Aygün Kazımova səhnəyə çıxmaq istəməyib, daha sonra rəqqasənin köməkçiləri onu razı salaraq, tələb edilən məbləğin ödəniləcəyini bildiriblər. Bundan sonra xalq artisti öz mahnıları ilə qonaqları salamlayıb.

Əldə etdiyimiz məlumata görə, təşkilatçılar rəqqasənin bir neçə min manatını da mənimsəyiblər. Qonaqlara pulların tam verilməməsinin də səbəbi budur.

Bəs bir nəfərlik menyusu azı 60 manat olan, bu qədər müğənni, aparıcıya yüksək miqdar ödənilən gecəni bir rəqqasə necə təşkil edib? Ən azı 60-70 min manata başa gələn bu tədbirin təşkilində yəqin ki, təkcə rəqqasənin öz gəliri dayanmır.

Rəqqasə Zaraya kimin sponsor olduğu bəlli olmasa da, onun təqdimatı üçün yaxşıca pul xərcləməkdən çəkinməyib. Zara bu cür bahalı qonaqlıq təşkil etməklə üzdə olan sənətçilərlə arasını yaxşı etməyə, özünə ətraf toplamağa çalışıb.

Eyni zamanda medianı da öz şousuna xüsusi dəvət etməklə hər kəsin ondan bəhs etməsini istəyib. Görünür, o istəyinə qismən çatıb, çünki bu gün bir çox xəbər portalları bu gecədən danışır.

Ancaq Zaradan yox, Aygün Kazımovanın cazibəsindən, onun Röya ilə eyni tədbirdə iştirakından bəhs edilir. 120 min manat xərclə məşhurlar üçün adi hala çevrilmiş tədbirlərdən birini təşkil edib müəyyən sektorda əlaqələr yaratmaq əvəzinə, öz işləri, bacarığı ilə gündəmə gəlmək Zaranı daha uğurlu edərdi.

Pulun hesabına tanınan, hər dəfə adından söz etdirən Zara, gəlir mənbəyini itirdiyi an media üçün maraqsız ola bilər.
Zaranın 100 min manatlıq təqdimatında qalmaqal
Zaranın 100 min manatlıq təqdimatında qalmaqal
Zaranın 100 min manatlıq təqdimatında qalmaqal
(minval.info)

Fia.Az

Oxunub: 257





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69