Hacı Şahin futbolçularla görüşdü: Qurbanov və divardakı fotoşop sirri… – FOTO

Qurbanov və divardakı fotoşop sirri…
Dünən ölkə çempionatının klublarında, eyni zamanda millidə forma geyinən futbolçulardan bir neçəsi ilahiyyatçı Şahin Həsənli ilə görüşüb

Onlar “Məşədi Dadaş” məscidinin axundu ilə söhbət ediblər. Konkret hansı mövzu ətrafında müzakirələrin aparıldığı barədə məlumat verilməyib.

Çay süfrəsi təşkil edilib və sonda Ş.Həsənli ilə futbolçular xatirə şəkli çəkdirib. Onlar həmçinin din xadiminə futbol forması hədiyyə ediblər.
Görüşə gələn oyunçular arasında millinin və “Neftçi”nin şərəfini qoruyan Ruslan Abışov və Emin Mahmudov da olub ediblər. Onlarla yanaşı, Şəhriyar Rəhimov, Elxan Cəbrayılov, Eşqin Quliyev, Hüseyn Axundov, Bəxtiyar Soltanov, Şehriyar Əliyev, Anar Həsənov, Pərvin Paşayev ilahiyyatçı ilə bir araya gəlib.

Foto sosial şəbəkədə yayıldıqdan sonra görüş barədə xoşagəlməz fikirlər ortaya atılıb. Belə ki, Qurban Qurbanov və “Qarabağ”ın ilahiyyatçı ilə görüşdə iştirak etməməsi önə çəkilib. Onların sələfi (vəhhabi əqidəsi kimi tanınan təriqət) əqidəsində olduğundan Şahin Həsənli ilə bir araya gəlmədiyi qeyd edilib.

Bundan əlavə, futbolçularla din xadiminin birgə çəkdirdiyi xatirə şəklində bir məqam diqqət çəkib. Fotonun sağ hissəsində fotoşop vasitəsilə divardan nəsə silinib. Bu, qeyri-peşəkar tərəfindən gerçəkləşdiyi üçün bəzi futbolçuların başının bir hissəsi “pozan”nın qurbanına çevrilib
Qurbanov və divardakı fotoşop sirri…
Qurbanov və divardakı fotoşop sirri…
.(minval.info)

Fia.Az

Oxunub: 302





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69