İlham Əliyev 4 sərəncam imzaladı: 55 milyon manat ayrıldı

İlham Əliyev 4 sərəncam imzaladı: 55 milyon manat ayrıldı
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət başçısı Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 30 milyon manat ayırıb.

Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən gücü 36 MVt olan SES-in tikintisinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10 milyon manat ayrılıb.

Dövlət başçısı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Bu sərəncamla Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Muxtar Respublikanın Nazirlər Kabinetinə 10 milyon manat vəsait ayrılıb.

İlham Əliyev həmçinin Naxçıvan Muxtar Respublikası ərazisində meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, "Pivot” layihəsi çərçivəsində 1000 hektar əkin sahəsində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi Muxtar Respublikaya 5 milyon manat ayrılıb.(qaynarinfo)

Fia.Az

Oxunub: 327





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69