Rövşən Rzayev sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binalarda məskunlaşan məcburi köçkünlərlə görüşüb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Dövlət Komitəsinin sədr müavinləri ilə birgə Bakının Xəzər rayonunda bir neçə sanatoriya və qəzalı vəziyyətdə olan inzibati binada məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Rövşən Rzayev məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkib, onların problemləri ilə yerində tanış olub, sakinlərlə söhbət edib, qayğılarını dinləyib, suallarını cavablandırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Rövşən Rzayev qəzalı binalarda məskunlaşan məcburi köçkünlərin mənzil problemlərinin həlli istiqamətində addımların atılacağını qeyd edib. Dövlət Komitəsinin sədri daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlərin həyata keçirildiyini bildirib.

Rövşən Rzayev digər rayon və şəhərlərdə də məcburi köçkünlərlə bu cür görüşlərin nəzərdə tutulduğunu vurğulayıb.(metbuat.az)

Fia.Az

Oxunub: 377





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69