İşdən çıxarılan icra başçısı: "Yığışıb gedirəm evə" (YENİLƏNDİ)

 "Yığışıb gedirəm evə" (YENİLƏNDİ)
Xaləddin İsgəndərov vəzifədən azad olunması ilə bağlı məlumata aydınlıq gətirib

O, Musavat.com-a açıqlamasında xəbəri təsdiqləyib.
“Xəbər düzdür. Yığışıb gedirəm evə. Heç bir vəzifəyə təyinat almamışam. Artıq işsizəm”, - X.İsgəndərov deyib.

***

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
X.İsgəndərov bu gün kollektivlə vidalaşıb. Bu gün X.İsgəndərovun vəzifədən azad edilməsi ilə bağlı Prezident sərəncamının yayılacağı gözlənilir.

Qeyd edək ki, Xaləddin İsgəndərov sabiq vergilər naziri Fazil Məmmədovun qudasıdır. O, 2012-ci ildən bu vəzifəni tuturdu.

Fia.Az

Oxunub: 232





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69