“Oruc tutmağın gözə xeyri var...” - Tanınmış oftalmoloq...

“Oruc tutmağın gözə xeyri var...”
Müsəlman aləmində hər il olduğu kimi, bu il də Müqəddəs Ramazan ayına qədəm qoyduq. İnsanları ən çox düşündürən isə səhhətində problemi olan xəstələrin oruc tutmasıdır. İlahiyyatçılar bununla bağlı İslam dinində olan şərtlərə uyğun olaraq səhhətində problemi olan insanların oruc tutmasının şərtlərini sadalayırlar

Bu gün ölkəmizdə ən çox yayılan isə göz xəstəlikləridir. Bəs gözündə problemi olan insanların oruc tutması onların sağlamlığına mənfi təsir göstərə bilərmi?

Tanınmış oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur cavablanırıb. P.Qəlbinur bildirib ki, oruc tutmağın gözə nəinki ziyanı yoxdur, əksinə, xeyiri var:

“Oruc tutmağın gözə heç bir ziyanı yoxdur, əslində xeyri var. Din xadimləri gün ərzində oruc tutan göz xəstələrinin göz damcılarından istifadə etməsinin orucu batil etmədiyini bildirirlər. Amma bundan narahat olan xəstələr göz damcılarından iftarda və imsakda istifadə edə bilərlər. Bu vaxt ərzində gözdə heç bir problem yaranmaz. Oruc tutmağın xəstə gözə də, sağlam gözə də xeyri var. Ona görə də gözündə problemi olan insanlar çəkinmədən öz oruclarını tuta bilərlər”

Fia.Az

Oxunub: 199





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69