Xalq artisti ittihamlara cavab verdi: "Gələcəkdə Almaxanım da dəvət olunar və oxuyar"

"Gələcəkdə Almaxanım da dəvət olunar və oxuyar"
“Bu günə qədər 17 nəfər muğam televiziya müsabiqəsinin qalibləri olan gənclər Opera və Balet teatrının solistidir”

Bunu Açıqlamasında Xalq artisti Mənsum İbrahimov şair Vüqar Əhmədin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Mən özüm haqqında onu deyə bilərəm ki, üç ildir fəal opera səhnəsində deyiləm. İldə bir dəfə nümunəvi tamaşa oynayıram. Bu günə qədər 17 nəfər muğam televiziya müsabiqəsinin qalibləri olan gənclər Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solistidir. Son altıncı televiziya müsabiqəsi bitəndən sonra beş nəfər gənci yenidən təqdim etdim və onlar da işə götürülüb. Bu gün onlar da Leyli, Məcnun, Şah İsmayıl və sair rolları oynayırlar. Vüqar müəllimin bu fikirləri niyə səsləndirdiyini deyə bilmərəm. Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında işləyənlərin 99 faiz gənclərdir. Onlara çox böyük üstünlük verilir. Teatrın rəhbərliyi və biz gənclərə çox böyük diqqət və qayğı göstəririk. Vüqar Əhmədin qızı Almaxanım da çox istedadlı qızdır və onu da biz müsabiqədə seçmişik. İnşAllah gələcəkdə o, da dəvət olunar və oxuyar. Bu gün bizim məqsədimiz Heydər Əliyev Fondunun təşkil etdiyi muğam müsabiqəsinin qaliblərinə kömək etməkdir”.

Xatırladaq ki, dünən telekanalların birində qızıyla iştirak edən şair Vüqar Əhməd qızının Leyli rolunda oynamasına münasibət bildirərkən Azərbaycanda “Leyli və Məcnun” rollarını yaşlıların oynadığını və bunun da ancaq sifarişlə olduğunu bildirib.(moderator.az)

Fia.Az

Oxunub: 263





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69