Nazir müavini bələdiyyələrlə bağlı hesabat verdi – qanunu pozanların adlarını çəkdi

Nazir müavini bələdiyyələrlə bağlı hesabat verdi
“Ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 65 minə yaxın bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekstertizadan keçirilib, 1979 aktın dəyişidirilməsi və ləğv edilməsi üçün bələdiyyələrə təkliflər verilib. Bundan sonra qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib”

Bunu Milli Məclisin iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin təqdimatı zamanı deyib. Nazir müavini bildirib ki, 2017-ci ildə 2636 hektar torpaq sahəsinin qanunsuz istifadəyə verilməsi faktları aşkar olunub.

“Bunların bələdiyyələrə qaytarılması istiqamətində iş aparılıb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb”.

V.Zahirov qeyd edib ki, bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub.

“24 belə fakt olub,həmin faktlara hüquqi qiymət verilməsi üçün prokurorluğa və müvafiq hüquq mühafizə orqanlarına göndərilib. Belə ciddi faktlar Tərtər rayonunun Ərkipara, Şəmkir rayonunun Yeni Həyat, Ağstafa rayonunun Köçəsəsgər, Masallı rayonunun Qarğalıq, Bərdə rayonunun Qaradağlı bələdiyyələrində, Zərdab rayonununda və başqa bələdiyyələrdə aşkar edilib.

Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. 2017-ci ildə bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub. Bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır”. (modern)

Fia.Az

Oxunub: 51





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69