Milli Məclis Ramiz Rzayevin məsələsinə baxdı

Milli Məclis Ramiz Rzayevin məsələsinə baxdı
Milli Məclisin növbəti plenar iclası başlayıb. Modern.az-ın məlumatına görə, iclasa rəhbərliyi Milli Məclisin sədri Oqtay Əsədov edir

Spiker bildirib ki, iclasın gündəliyinə 19 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

Milli Məclis Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsi məsələsinə baxıb. Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Layihə ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayev yenidən Ali Məhkəmənin hakimi təyin olunub.

Xatırladaq ki, R.Rzayev 2005-ci ildə Ali Məhkəmənin sədridir.

Fia.Az

Oxunub: 50





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69