“Bələdiyyələr İcra hakimiyyətindən asılıdır” - DEPUTAT

“Bələdiyyələr İcra hakimiyyətindən asılıdır”
“Azərbaycanın bölgələrində bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtı bu vəzifələri icra etməyə hazır olmurlar”

Bunu Milli Məclisin plenar iclasında çıxışı zamanı deputat Elmira Axundova deyib.

E.Axundova söyləyib ki, buna görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir:

“Düzdür, ötən il təlimlərin sayı artsa da, tədris kursları artırılmalıdır. Ötənilki hesabatdan məlum olur ki, bələdiyyələrdən şikayətlər artsa da, əsaslandırılmış şikayətlərin təmin edilməsi halları azalıb. Vətəndaşların əsaslandırılmış müraciətlərinin nə üçün həllini tapmamasına cavab verilməlidir”.

Millət vəkili onu da əlavə edib ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır.

Fia.Az

Oxunub: 45





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69