Səudiyyədəki səfirliyimiz və XİN lüt qız fotosuna göz yumur: təxribat yoxsa?

təxribat yoxsa?
Xarici İşlər Nazirliyi və Səudiyyə Ərəbistanındaki səfirliyimiz hələ də biabırçı foto ilə bağlı susur

FİA.Az-ın verdiyi məlumata görə,
Azərbaycan səfirliyinin rəsmi tviter hesabı qeyri-diplomatik paylaşımları ilə diqqət mərkəzinə düşüb.

Sərt islami qaydalar tətbiq etməklə tanınan ölkədə Azərbaycan səfirliyi kommersiya qurumunun reklamını rəsmi tvitter səhifəsində paylaşıb.

Ədalətsizliklə üzləşmiş xalqımızla bağlı həqiqətləri dünyaya yaymaqda mükəlləf olan diplomatik missiyamıza aid rəsmi hesab yarıçılpaq qadınların fotolarını paylaşmaqla gündəmi başqa tərəfə yönəldib.

Tvit isə belə atılıb: “Qızlarımızı qiymətləndirin”. Azərbaycanın Səudiyyədəki səfiri cənab Şahin Abdullayevdir.

Foto çılpaq qızlar yer alıb və səfirlik heç bir tədbir görməyib, XİN mətbuatda yayılan faktla bağlı reaksiya verməyib.

Görəsən, ər-Riyaddakı səfirin işi-gücü nədən ibarətdir? Səfirlik şəriət hökmləri olan ölkədə tvitter hesabına niyə nəzarət etməyib?

Nə üçün həmin səhifədə Qarabağın işğalı, ölkəmizin üzləşdiyi qərəzli kampaniyalar, müsəlmanlara qarşı olan haqsızlıq, terror, dinc insanların ölümü haqda paylaşım olmayıb?

Ş.Abdullayev bu vəzifəyə fevralda təyin olunub. Onun səfir kimi fəaliyyəti təqribən üç aydır. Ancaq səfir gündəmə fəaliyyəti ilə yox, çılpaq qız fotoları ilə gəlir.

Ş.Abdullayev 1959-cu ilin 14 noyabr tarixində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

Ş.Abdullayev indiyədək müxtəlif vəzifələrdə çalışıb. O, 1981-84-cü illərdə Yəməndə səfirlikdə işləyib. Daha sonra Azərbaycanın Xarici İşlər Nazirliyində ikinci katib, birinci katib, katibliyin müdiri (1989-95) işləyib.

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin müşaviri (1995-99), XİN Asiya idarəsinin rəisi (1999-2004), Azərbaycanın Küveyt dövlətində səfiri (2004-10) vəzifələrini tutub.

Təcrübəli diplomat 2010-cu ildə Azərbaycanın Misir Ərəb Respublikasında, Əlcəzairdə, 2011-cu ildən isə Sudanda fövqəladə və səlahiyyətli səfiri, həmçinin Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında nümayəndəsi, Afrika İttifaqı yanında müşahidəçi statusunda nümayəndəsi olub.

FİA.Az-ın verdiyi məlumata görə,
təcrübəli, Şərq və ərəb ölkələrini yaxından tanıyan səfirin məlum fotoya laqeyd qalması təəccüb doğurur.

Ş.Abdullayevdən gözlənti vardı ki, həmin şəkil yığışdırılsın, aydınlıq gətirilsin, fotonun ora yerləşdirilməsinin texniki xəta yoxsa təxribat olduğu izahatı verilsin. Ancaq nə səfirlikdən, nə XİN-dən səs çıxır.

Bu günlərdə Milli Məclisdə səslənən təkliflər də səfirliklərin və konsulluqların birləşdirlməsi istiqamətində addımların atılacağını istisna etmir.

Daxil olan məlumata görə, ölkə rəhbərliyi tərəfindən XİN qarşısında belə öhdəlik qoyulacağı gözlənilir.

Dövlət büdcəsinə qənaət və devalvasiyadan irəli gələn ixtisarlar diplomatik korpusa da siraət etməkdədir.

Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir. Öncə müəyyən ediləcək ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır?

Bu səfirlik, konsulluq və nümayəndəliklərin içərisində səmərəlilik məsələsi müzakirə olunmalıdır.

Bu istiqamətdə prioritetlər müəyyən edilməlidir. Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir.

Qeyd edilən təklif səfirliklərin və digər diplomatik nümayəndəliklərin sayının azaldılması ehtimalını gündəmə gətirib.

Bəzi analitiklərin fikrincə, xarici ölkələrdə səfirliklərimizin sayını azaltmaqla qənaət rejiminə keçməkdənsə ixtisarlar hesabına Diaspor Komitəsini Xarici İşlər Nazirliyinə biləşdirmək daha doğru yoldur.

Struktur optimallaşdırılması həm də strukturun dəyişməsi anlamına gəlir. Yəni, bəzi səfirliklər bir-biri ilə birləşdirilə bilər. Azərbaycan Avropada bu təcrübəni sınaqdan keçirib.

Uzaq ölkələrdə səfirliklərimiz yerləşir ki, onların fəaliyyəti mühüm əhəmiyyət kəsb etmir. Yaxın ölkələrdə yerləşən səfirliklərimiz bu funksiyanı yerinə yetirə bilər.

Bu baxımdan səfirliklərimiz optimallaşdırılmalı və fəaliyyətləri gücləndirilməldir. Ancaq bu haqda ciddi araşdırma aparıldıqdan sonra qərar verilməlidir.

təxribat yoxsa?

Fia.Az

Oxunub: 2 080





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69