İki nazirin öldürdüyü təhsil: 50 faiz 200 bal yığmadı, intiharlar başladı - Özəl

50 faiz 200 bal yığmadı, intiharlar başladı
Təhsil naziri işlədiyi dövrdə Mikayıl Cabbarov heç bir inkişafa nail olmadı. Bunun acınacaqlı göstəricidir ki, bu il qəbul imtahanından 50 faiz şagird 200 bal toplaya bilməyib

FİA.Az xəbər verir ki,
qəbul imtahanından sonra intiharlar da ölkəni bürüməyə başladı. Bir gündə iki məzun canına qıydı.

Əslində 50 faiz abituriyentin 200 bal toplaya bilməməsi M.Cabbarovla bərabər o dövrdə müavini olan, indi təhsil naziri vəzifəsini daşıyan Ceyhun Bayramovun da məsuliyyətidir.

Yəni, iki nazirin fəaliyyətinin nəticəsidir ki, təhsilin keyfiyyəti sıfıra düşüb, 50 faiz məzun 200 bala da toplamaq qabiliyyətinə malik deyil.

Bəs, hansı inkişafdan, islahatlardan, tədrisin yüksək keyfiyyətindən danışmaq olar? Misir Mərdanovun dövrünün Mikayıl Cabbarov dönəmi ilə fərqi nədədir?

Bu göstərici ilə ölkənin gələcəyi necə olacaq? 200 bal toplayanların həkim, müəllim işləməsi gələcəyin şikəst edilməsidir.

Ona görə də yeni təhsil şefləri heç bir tərəqqiyə nail olmayıblar. Çünki qəbul imtahanları bir göstəricidir.

İntihar edənlərdən biri 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.

Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı.

Dayısı bildirib ki, eybi yox, gələn dəfə girərsən: “Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb.

Orada “Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm”, - yazıb.

Pənah Quliyevin atası Mərkəz Quliyevin ötən ay qətlə yetirildiyi məlum olub. Onu öldürən isə öz qohumu, bacısının əri Məmmədov Eldar Mayor oğlu olub.

Sumqayıt şəhərində isə daha bir abituriyent intihar edib. 17 yaşlı Rüstəmov Faiq Fuad oğlu özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib.

İntihar edən yeniyetmə dünən qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün özünü öldürüb.

Gəncin əlində coğrafiyadan test toplusu və digər əşyalar olub. Araşdırma zamanı məlum olub ki, abituriyent özünü atdığı binada yaşamayb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, gənc dünən imtahandan sonra evlərinə gəlməyib. O, imtahanda aşağı nəticə göstərdiyinə görə valideynlərinin gözünə görünməkdən qorxub.

Daha əvvəl də Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, mayın 13-də keçirilən ali məktəblərin II və III qrup ixtisaslarına qəbul imtahanında uğursuz nəticə göstərən Sumqayıtın 9-cu mikrorayonu ərazisində yaşayan 2001-ci il təvəllüdlü P.Q. həyatına qəsd edib.

O, imtahanda uğursuz nəticəyə görə onu danlayan valideynlərinə etiraz əlaməti olaraq özünü yaşadıqları 5-ci mərtəbədəki mənzilin balkonundan aşağı atıb. Gənc hadisə yerindəcə keçinib.

FİA.Az xəbər verir ki, Azərbaycanda təhsilin səviyyəsinin aşağı olması rəsmi qurumlar tərəfindən də etiraf olunur.

Ölkədə təhsilin səviyyəsinin ildən-ilə aşağı düşdüyünü Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların nəticələrindən də görmək mümkündür.

Orta məktəblərdə keçirilən buraxılış imtahanları, həmçinin ali məktəblərə qəbul imtahanlarının nəticələri üzrə aparılan təhlillər göstərir ki, təhsilimizin səviyyəsi hətta MDB ölkələri üzrə aşağı həddədir.

Hətta buraxılış imtahanlarında uğurlu nəticə göstərən şagirdlər də qəbul imtahanlarında biabırçı nəticələr əldə edirlər.

Son illər qəbul imtahanlarından sonra keçid balının aşağı salınması artıq ənənə halı alıb. Aşağı səviyyəli təhsilin acı nəticələri artıq öz bəhrəsini verir.

Aşağı balla ali məktəbə qəbul olanları, təhsil aldıqları müddətdə onlardan bir qisminin tapşırıq və rüşvət hesabına oxuduğunu nəzərə alsaq, yaxın illərdə Azərbaycan hansı səviyyəli mütəxəssislərin yetişəcəyini təsəvvür etmək çətin deyil.

Savadsız kadrların peşəkar təhsil sistemi yaratması mümkün deyil. Azərbaycan təhsilinin başında duranlar, eləcə də, az-çox imkanları olanlar övladlarını xarici ölkələrin nüfuzlu məktəblərində oxudurlar.

Orta və aşağı təbəqənin övladları isə bərbad halda olan Azərbaycan məktəblərində oxumağa məcburdurlar.

Acınacaqlı hal odur ki, bir çox yerlərdə ümumitəhsil orta məktəbləri əhəmiyyətsiz quruma çevriliblər. Uşaqlar məktəbdənkənar təhsil alırlar. Repititor olmadan heç kim ali məktəbə qəbul ola bilmir.

Vergilər naziri təyin olunmamışdan əvvəl Mikayıl Cabbarov nazir keçəndən sonra Misir Mərdanovun vaxtında vəzifəyə qoyulmuş şəxslərin əksəriyyətini işdən kənarlaşdırıb.

Beləliklə, nazirlikdə öz komandasını formalaşdıran Cabbarov özünə yaxın bəzi şəxsləri yüksək vəzifələrə təyin edib ki, bu da təhsil sahəsində ciddi problemlərin meydana çıxmasına səbəb olub. Çünki həmin insanların bir çoxunun təhsillə heç bir əlaqəsi yoxdur.

Aparılan araşdırmalar göstərir ki, nazir yaxın dostu və qohumu Elnur Əliyevi Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 1-ci müavini təyin edib. Elnur Əliyev həm də Təhsil Nazirliyində informasiya şöbəsinin müdiridir.

Bundan əvvəl isə o, "İçərişəhər" Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsində Cabbarovun köməkçisi olmaqla yanaşı, həm də oranın "JEK" rəisi imiş.

Təhsillə "JEK" bir-birinə əks olan sahələrdir. Buna baxmayaraq, nazir köhnə "JEK" rəisini idarədə belə məsul vəzifəyə gətirib.

Elnur Əliyev yaxın dostu biznes strukturunda çalışan Rəşad Tağıyevi həmin idarənin İnsan resursları şöbəsinə müdir təyin etdirib. Rəşad Tağıyev həm də nazirlikdə sektor müdiri vəzifəsini tutur.

Fia.Az

Oxunub: 5 064





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69