Bərdədə tədarüklərin talançısı olan məmurdan prezidentə müdhiş dosye - ÖZƏL

Bərdədə tədarüklərin talançısı olan məmurdan prezidentə müdhiş dosye
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yerli şöbələri talançılıqla məşğul olurlar

ASC-nin Yuxarı Qarabağ bölməsinin Bərdə dayaq şöbə müdiri Səfər Qurbanov da onlardan biridir.

Bu haqda FİA.Az-a verilən xəbərə görə, vaxtilə elektrikçi olan S.Qurbanov ASC-nin Bərdə şöbəsində mənimsəmələrə yol verməkdədir.

İddialara görə, S.Qurbanovun sənədləşmə, qaimə və s. işlərini rayonun Həsənqaya uşaq bağçasında müdirə işləyən bacısı Arifə Qurbanova hazırlayır.

Çünki dayaq şöbəsi rəisinin sənəd işlərinin hazırlanması, yazılmasında ali savadı olmadığı iddia edilir.

Bu idarənin vəzifəsi hərbi hissələrə, cəzaçəkmə müəssissələrinə, uşaq bağçalarına ərzaq tədarükünü göndərməkdir. Ancaq meyvə-tərəvəz, ərzaqlar aidiyyatı üzrə çatırmı? - sual budur.

Məlumatlarda deyilir ki, S.Qurbanov həmin ərzaq tədarükünü mənimsəyərək özünə aid maşınla dükanlara daşıdıb satdırır.

ASC sədri Əbülfəz Qocayev isə qohumluq maraqlarına görə onun hərəkətlərinə göz yumur. Görünür ki, onun da payı çatdırılır.

İddialara görə, uşaq bağçalarına çatmalı olan çörək S.Qurbanov tərəfindən pulu mənimsənilir və bir hissəsi bağça müdirələrinə verilir ki, çörəyi özləri alsınlar. Onun hər gün Qarabağ çörək zavodunda bu əməliyyatı həyata keçirdiyi bildirilir.

FİA.Az xəbər verir ki, maddi və texniki bazası qısa zamanda müasir tələblərə uyğun təşkil olunan "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaranmasından təqribən 2 il keçməyinə baxmayaraq fəaliyyəti hiss olunmur.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətsizliyindən ən çox əzaiyyət çəkənlər isə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Lənkəran, Astara, Masallı, Cəlilabad və Göyçay rayonlarında fəaliyyət göstərən fermerlərdir.

Bu fermerlərin əsas problemi isə meyvə və tərəvəzlərin saxlanma şəraitinin olmamasıdır.

Məlumata görə, Astara və Lənkəran fermerlərinin bu il tonlarla feyxoası məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Ağdam və Ağcabədidə də eyni hal yaşanır. Belə ki, Ergi və Haramı ərazilərində əkilən soğan sahələri ötən ilki ilə müqayisədə xeyli az əkilib.

Buna səbəb isə məhsulun vaxtında bazara çıxarılmasına müvafiq təşkilatların yetərli şərait yarada bilməməsi, saxlama bazalarının isə az və qiymətlərin baha olmasıdır.

Fermerlərin acınacaqlı durumu ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, mövcud problemin həll oluna bilməməsinin digər səbəbi isə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin fəaliyyətsizliyidir.

Belə ki, bu elmi mərkəzin fəaliyyəti müşahidələrə və reallığa əsasən müasir tələblərə uyğun deyil. Mərkəz hələ də keçmiş SSRİ dönəmindəki kimi zamanı ciddi nəticəsi olmayan elmi-praktik seminarlara, konfranslara xərcləyir.

Mərkəzin apardığı əməkdaşlıqlar, təcrübə mübadilələri və layihələrdən isə çoxsaylı fermerlər məlumatsızdır.

Xatırladaq ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin maliyyə hesabatları haqqında da müəyyən mənfi məlumatlar dolaşmaqdadı.

Belə ki, cəmiyyətin bağladığı müqavilələrdə və keçirdiyi tenderlərdə şəffaflığın tam təmin olunmadığı iddia olunur.

Məlumata görə, ciddi fəaliyyəti hiss olunmayan ASC-nin politen paketlərin alınması üçün keçirilən tenderlərdə müəyyən şübhələr var. Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az

Oxunub: 4 595





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69