Əli Kərimli ilə Emin Milli davası qızışdı: Cəmil Həsənli və Xədicə də qoşuldu - marginallıq...

Cəmil Həsənli və Xədicə də qoşuldu
AXCP sədri Əli Kərimli ilə “Meydan” TV rəhbəri Emin Milli qarşıdurmasına “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayıl, Milli Şura sədri Cəmil Həsənli də qoşulub

FİA.Az-ın məlumatına görə, X.İsmayıl feysbukda eyhamla status paylaşıb:


“Özü özünə bu qədər ziyan vuran, hörmətdən salan təşkilata hökumət niyə basqı yapır, anlamıram. Gözləsin, özləri bitirərlər özlərini. Hələ ki, Maltada öldürülən həmkarım Dafne demişkən, hara baxsan, fırıldaqçılardır. Çox kədərlidir bütün bunlar”.

ABŞ Konqresindəki dinləmələrdən sonra müxalifətin iki radikal qanadı bir-birinə elə amansız zərbələr, söz şillələri, qapazları, təpikləri vururlar ki, iqtidara meyilli medianın bütün yazdıqlarını cəmləsək, bunun heç 10 faizi qədər olmaz.

Bir yanda Emin Milli, “mühacirlər” və Xədicə İsmayıl, o biri yanda isə Əli Kərimli, Cəmil Həsənli öz başlarının dəstəsilə bir-birlərinə yağlanmamış ittiham pazları keçirməklə məşğuldurlar.

İdeloji döyüşlər zamanı iqtidar tərəfindən ölkədəki radikial müxaliftə çox zərbələr endirilib, amma ABŞ Konqresi kimi yüksək tribunadan hələ o bostana daş atılmamışdı.

Konqres tribunasından Milli Şuranın mitinqlərini kim “uğursuz” adlandırası idi? Bunu Emin Milli etdi, özü də kifayət qədər ağır şəkildə.

Faktik olaraq, Azərbaycan hakimiyyətinin ölkədəki radikal müxalifət haqqında dedikləri Helsinki Komitəsində təkrarlandı.

Emin Milli öz adaşına – Milli Şuraya və onu sədri Cəmil Həsənliyə qarşı çox amansız idi. Onu hətta debatdan qaçmaq ittihamına qədər kiçiltdi.

Hərçənd, bunun məhz cığal zərbə oduğu aydındır: Cəmil Həsənli Emin Milli ilə debatdan niyə qaçmalıdır axı?

Bu arada Meydan TV-nin qaplarının Milli Şuranın üzünə xeyli dərəcədə bağlanması (bunu Cəmil Həsənli öz yazdığı statusda bildirib) da onu göstərir ki, iki düşərgə faktiki müharibə vəziyyətindədir.

Qarşıdurma özünü “siyasi məhbus” siyahılarında da göstərir. Xaricdəki və daxildəki radikalların “siyasi məhbus” deyə çəkdikləri adlar qətiyyən üst-üstə düşmürlər.

Məsələn, Emin Milli Konqresdə “İlqar Məmmədovun, İlkin Rüstəmzadənin, Qiyasın, Bayramın, Orduxanın polisdə saxlanılan iki yaş yarımlıq bacısı qızının” adlarını çəksə də, AXC-nin “siyasi məhbus” saydığı və hər mitinqdə şəkillərini qaldırdığı adamları (Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi) heç xatırlatmadı da!

Bu, Konqres tribunasından Azərbaycandakı radikal düşərgəyə açıq-aşkar orta barmaq göstərmək idi... Maraqlısı odur ki, barmağı göstərənin özü də qatı radikaldır. Elə isə, nə baş verir?!

FİA.Az xəbər verir ki, Ötən həftə ABŞ Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçirilib.

Əvvəlkilərdən fərqli olaraq bu dəfə dinləmələrə “mühacir” adı ilə Avropa məskunlaşan - Orduxan Teymurxanla Emin Milli kimi antmilli ünsürlər, şər-böhtan və söyüş makinaları da qatılıblar.

Lakin bu yazıda dinləmələrin mahiyyətindən deyil, ABŞ Helsinki Komissiyasında AXCP sədri Əli Kərimliyə münasibətindən danışacağıq.

Məsələ burasındadır ki, ABŞ Massaçuses Universitetinin tarix elmləri üzrə professoru Odri Alştadt çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin “marjinal şəxsi “ və ya “ qocası” adlandırıb”.

Bu barədə mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

N. Orduxanlı qeyd edib ki, amerikalı professor Əli Kərimlini “qoca” adlandırmaqla yanaşı, Azərbaycanda resursları olmayan biri kimi təqdim etdi:

“O, Əli Kərimlinin irəli çıxmağa heç bir şanslarının olmadığını bildirib. Məruzəçinin bu çıxışından bir neçə gün ötsə də Ə. Kərimli ünvanına deyilən sözlərin təsirindən çıxa bilmir.

Dinləmələrdən dərhal sonra AXCP sədri öz “komandası” ilə “Facebook” sosial şəbəkəsində Emin Milliyə qarşı hücum kampaniyası təşkil etməyə başladı.

E.Millini Əli Kərimli ilə yanaşı, Cəmil Həsənli və digərləri təhqir etməkdən belə çəkinmirdilər.

Bu təhqirlərin qarşılığında Emin Milli “Facebook”da canlı efirə çıxaraq Əli Kərimliyə “qoca” və ya “marjinal” sözünü o yox, Odri Alştadt dediyini bəyan etdi”.

Məsələ bununla da qurtarmadı. Kimisi Əli Kərimliyə haqq qazandırdı, kimi də onun həqiqətən artıq qocaldığını vurğuladı. Həqiqət də əslində AXCP sədrinin qocaldığını göstərir.

Yadınızdadırsa, bu günə kimi ABŞ Helsinki Komissiyasında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bir necə dəfə dinləmələr keçirib.

Ötən dəfə konqresmen dinləmələrə məhz Əli Kərimlini dəvət etmişdi. Əli Kərimli də həmin dinləmələrə İngiltərədə yaşayan tələbə oğlu Türkel Kərimlini göndərmişdi.

Görünür bu cür davranışdan sonra ABŞ helsinki Komissiyası Əli Kərimlini dinləmələrə dəvət etməkdən imtina edərək onu “qoca” adlandırıb. Bununla da ABŞ Əli Kərimliyə öz münasibətini ortaya qoymuş olub.

Bəlkə də buna görədir ki, Əli Kərimli bir neçə gündür özünə gələ bilmir. Axı, “qocaldıqca” etibarlı gəlir mənbələri bir-bir əldən çıxmağa başlayıb.

Xatirinizdədirsə bir müddət əvvəl Soros fondu da Əli Kərimli ilə iş birliyini müvəqqəti olaraq dondurmuşdu. Maraqlıdır, indi Əli Kərimli hansı yollara əl atacaq?

Fia.Az

Oxunub: 3 892





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69