Qarabağ danışıqları donub: Əliyevlə Paşinyanın görüşü olacaqmı? - Təfsilat

Əliyevlə Paşinyanın görüşü olacaqmı?
Ermənistanda yeni hökumət formalaşır. Artıq baş nazir Nikol Paşinyanın yeni komandası var

Buna baxmayaraq, onun Şuşaya və Xankəndinə səfəri Serj Sərksiyandan fərqli olmadığını göstərdi. Yəni, yeni iqtidarın da işğal etdikləri Qarabağla bağlı siyasəti dəyişməyəcək.

FİA.Az xəbər verir ki, bu da öz növbəsində danışıqlar prosesində yeni rəng olacağı ehtimalını azaldır.

Çünki İrəvanın qeyri-konstruktiv mövqeyi Paşinyan hakimiyyəti dövründə də davam edəcək. Bununla belə, iki ölkə arasında dövlət rəhbərlərinin görüşü istisna deyil.

Ermənistan parlament idarəçiliyinə keçdikdən sonra baş nazir Nikol Paşinyan görüşlərdə iştirak edəcək. Prezidentin səlahiyyətləri isə məhdudlaşdırılıb.

Bu baxımdan gələcək N.Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü gözləniləndir.

Düzdür, görüş haqda heç bir informasiya və yaxud razılaşma yoxdur. Amma tərəflərin Qarabağ danışıqları üçün bir araya gələcəyi mümkündür. Bunun Rusiya yoxsa ATƏT tərəfindən təşkil olunacağı maraq doğurur.

Son zamanlarda Putin Soçidə Əliyevlə Sərkisyanın görüşlərini təşkil edirdi. Nəticəsiz bitən bu görüşlərdən sonra tərəflər razılığa gələ bilmirdilər.

Paşinyanın isə Sərkisyandan fərqli addım atacağı inandırıcı deyiş. Belə həssas məqamda güzəştə getməsi Ermənistanı özünə qarşı qoya bilər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşdə bildirmişdi ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir.

O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib. Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir, o deyib.

“Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında hər bir imkandan istifadə edərək Dağlıq Qarabağ Respublikasını və Ermənistan Respublikasını hədələyir və hətta Ermənistan paytaxtının fəthindən danışır”.

“Biz ölkəmizi qorumaq gücündə olmalıyıq”, “Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik” - o deyib.

FİA.Az xəbər verir ki, Vladimir Putin Ermənistan inqilabının rəhbəri, baş nazir Nikol Paşinyanla görüşdü.

BBC Rusiya prezidentinin keçmiş SSRİ məkanında digər inqilablardan fərqli olaraq, Ermənistana münasibətdə daha sakit mövqe sərgilədiyinə və hələlik heç bir şey olmamış kimi davrandığına diqqət çəkib.

Hər halda Rusiyanın Ermənistandakı hadisələrə reaksiyası Ukrayna və Gürcüstan qədər ağrılı və şiddətli olmayıb. BBC bunu bir sıra səbəblərlə bağlayıb.

Yazıda Rusiyada Ermənistanla münasibətlərə bir neçə dövlət orqanı tərəfindən nəzarət olunduğu qeyd edilir. Bu cür əlaqələr Prezident administrasiyasının regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov tərəfindən kurasiya edilir.

BBC ilə söhbətində adı çəkilməyən yüksək rütbəli məmurlardan biri Çernovun idarəsində Ermənistan haqqında məlumatların sistemləşdirilməsi və analiz edilməsi ilə sadəcə, bir adamın məşğul olduğunu deyib.

Ümumiyyətlə isə Rusiya-Ermənistan münasibətlərində əsas iş Xarici İşlər Nazirliyinin payına düşüb. Həmsöhbətin sozlərinə görə, bu, olduqca təəccüblü görünməlidir.

Belə ki, MDB-nin digər ölkələri ilə münasibətlərdə strateji qərarlar həmişə prezident administrasiyasında qəbul olunub.

Bundan başqa Ermənistanla bağlı proseslərlə Ruisya FTX-nin 5-ci xidməti (operativ informasiya və beynəlxalq əlaqələr), Təhlükəsizlik şurası, və onun katibinin birinci müavini Rəşid Nurqaliyev məşğul olurlar. Həmçinin Ermənistandakı hadisələr Gümrüdəki hərbi bazaya görə Rusiya Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsi tərəfindən izlənilib.

Məqalədə Paşinyanın hakimiyyət yolunun Moskvadakı erməni əsilli milyarderlər tərəfindən açıldığına işarə vurulur.

Ermənistan ictimai radiosunun baş direktoru Mark Qriqoryan daha öncələr Rusiya ilə münasibətlərin həm Sərkisyanın aparatına daxil olan rəsmi şəxslər, həm də qeyri-rəsmi kanallar vasitəsilə qurulduğunu qeyd edib.

Erməni biznesmenlər isə həmişə Sərkisyana tabe olublar. Bunlardan “Aleks qrup” şirkətinin rəhbəri Samvel Aleksanyanı və “Ketrin” qrupunun rəhbəri Miqran Poqosyanı qeyd etmək olar.

Fia.Az

Oxunub: 2 725





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69