AŞPA-da Bakı davası: Səməd Seyidova sanksiyanın şok gizlinləri - Açıqlama

Səməd Seyidova sanksiyanın şok gizlinləri
AŞPA bu qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edib

FİA.Az xəbər verir ki,
bu blef ötən günə sürətlə tirajlandı.

Sonra məlum oldu ki, yalan imiş və hansısa anti-Azərbaycan dairələr dezinformasiya yayıblar.

AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Asim Mollazadə deyib ki, bir neçə gün ərzində yekun qərar veriləcək: “Mən özüm də AŞ PA-nın qərarını gözləyirəm”.

Bəzi KİV-lərin yazdığına görə, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri S. Seyidov daxil olmaqla 4 deputatın mantadını dondurub.

İddia edilir ki, sanksiya Səməd Seyidovdan başqa Sezar Florina Predaya, Pedro Aqramunta və Cordi Xuclıya da toxunub.

Xəbərdə deyilirdi ki, bu məlumatı Almaniya Bundestaqının üzvü Frank Şveyb öz Facebook səhifəsində yayıb. Bəlli olub ki, Bundestaqda Şveyb soyadlı deputat ümumiyyətlə yoxdur.

Var Frank Şvabe (Frank Schwabe) və onun Facebook səhifəsində də bu haqda bir kəlmə belə yazılmayıb.

Özü də o səhifə yetərincə fəaldır, adam gündəlik paylaşımlar edir və son 10 gündə belə bir paylaşımı olmayıb.

Daha bir xəbərdə isə iddia edildi ki, ukraynalı deputat Volodimir Ariyev belə bir xəbər paylaşıb. Yenə də Facebook üzərindən. Deputatın Volodymyr Ariev adlı hesabında doğrudan da belə bir paylaşım var.

Amma orada da Səməd Seyidovdan söhbət getmir. Sadəcə Pedro Agramunt və Cordi Xucla haqqında danışılır. Yəni Səməd Seyidovun adına heç işarə belə edilmir.

Durum beləykən kimdir Azərbaycan nümayəndə heyətinin rəhbərinin adını təkidlə bu xəbərlərə pərçimləmək istəyən? Ümumiyyətlə, məqsəd nədir?

Niyə Səməd Seyidov məhz indiki qarışıq məqamda hədəfə alınır? Olmaya onun AŞPA-nın son toplantılarında özəlliklə də Ermənistanla bağlı çıxışları içimizdəki ermənilərə sərt zərbə olub?

FİA.Az xəbər verir ki, Son vaxtlar Azərbaycana kənardan, xüsusilə, Qərb mediasından edilən təzyiqlərin arxasındakı sirr pərdəsi aralanmağa başlayıb.

Kampaniyanın görünməyən tərəfini açan ilk açıqlama Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-spikeri Arpina Ovanessiyandan gəldi.

O, AŞPA-nın ötən ilin dekabrın 8-də keçiriləcək payız sessiyasında Azərbaycanın bu qurumdakı səsvermə hüquqlarının dondurulacağını istisna etməyib.

Erməni spiker bu məsələdə son zamanlarda Qərb KİV-lərində Azərbaycan əleyhinə yayılmış məlumatların əsas götürüləcəyini bildirib.

Azərbaycanlı ekspertlər də aparılan kampaniyada əsas məqsədin Azərbaycanın AŞPA-da fəaliyyətinin dayandırılması olduğunu deyirlər.

Hesab olunur ki, Rusiyada Azərbaycana qarşı kampaniya başlatmaq cəhdləri baş tutmayan erməni lobbisi və diasporu bu planlarını Qərb mediası və bir sıra siyasi institutları üzərindən reallaşdırmağa cəhd edirlər.

Aparıcı Qərb ölkələri - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya Azərbaycanla kifayət qədər sıx əməkdaşlıq edirlər.

Azərbaycanın son illər həyata keçirdiyi beynəlxalq nəqliyyat dəhlizləri layihələri, Cənub Qaz Dəhlizi layihəsi bu ölkələr tərəfindən dəstəklənir.

Beynəlxalq maliyyə institutları bu layihələrin maliyyələşdirilməsində fəal iştirak edirlər. Eyni zamanda bu ilin fevral ayından Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni sazişın imzalanması ilə bağlı danışıqlar başlayıb.

Azərbaycan AŞPA-nın fəal üzvlərindən biridir və rəsmi Bakı bu müstəvidə hər zaman yeni təşəbbüslərlə çıxış edir. AŞPA-nın məruzəçiləri müntəzəm olaraq Azərbaycana səfərlər edirlər.

Bəzi qruplar hesab edir ki, insan haqları, demokratiya məsələlərində Azərbaycana qarşı daha sərt mövqe tutmaq zəruridir.

Digər qruplar düşünürlər ki, bu məsələlərdə əməkdaşlıq, dialoq yolu daha məqsədəuyğundur. AŞPA-da dəfələrlə bu məsələlər müzakirə olunub və ikinci yanaşma üstün gəlib.

Azərbaycanın beynəlxalq imkanlarının əngəllənməsi üçün bəlli mərkəzlər hərəkətə keçiblər.

Bu, davamlı prosesdir və ilk dəfə deyil ki, belə hallar yaşanır. Amma həmin qüvvələr istəklərinə nail ola bilməyəcəklər.

Çünki Azərbaycanı AŞPA-dan hansı adla çıxara bilərlər? Azərbaycanla konkret hansısa problemlərin həllini müzakirə etmək istəyirlərsə, biz həmişə müzakirələrə açıq olmuşuq, AŞPA-nın tribunasından da bunu dilə gətirmişik.

Ümumiyyətlə, bu hücumları təşkil edən qüvvələr Azərbaycanın möhkəmlənən beynəlxalq mövqelərini sarsıtmaq istəyirlər. “Mən indi parlamentdəyəm, məşğulam. Günün ikinci yarısı açıqlamam olacaq”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasında mandatının donduruluması barədə qərarla bağlı sorğumuza cavabında deyib.

Fia.Az

Oxunub: 3 070





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69