Səlim Müslümova gözdağı: ölkənin ən gənc naziri rüşvətə savaş açdı - Özəl

ölkənin ən gənc naziri rüşvətə savaş açdı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəyə gəldiyi gündən real islahatlara başlayıb

FİA.Az-ın məlumatına görə,
gənc nazir həm adı rüşvətdə hallanmış məmurları vəzifədən azad edir, həm mətbuatla açıq münasibətlər qurur.

Nazir kadr dəyişikliklərini davam etdirir. S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.

Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.

Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.

Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri postundan kənarlaşdırılması nə qədər gözlənilməz oldusa, onun yerinə edilən yeni təyinat da bir o qədər gözlənilməz və müəmma ilə qarşılandı.

Bildiyiniz kimi, bu vəzifəyə yeni təyin olunan Sahil Babayevin cəmi 38 yaşı var və nazirlər arasında ən gənci də məhz odur.

Mətbuatda dərc edilən bioqrafiyasına görə, 1980-ci ildə anadan olan S.Babayev, 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb və hüquq üzrə fəlsəfə doktorudur. Göründüyü kimi, yeni nazir artıq 20 yaşında ali məktəbi bitirib.

Bu o deməkdir ki, orta məktəbi də digər həmyaşıdları ilə müqayisədə 1-2 il tez qurtarıb. Təbii ki, yüksək göstəriciləri olan bəzi fitri istedadlı şagirdlərə aid belə hallar mümkündür və mövcuddur.

Əlimizdə olan bioqrafiyadan belə qənaətə gəlmək olur ki, bu prinsip S.Babayevə də şamil olunub, yaxud da o, məktəbə 6 yaşından tez gedib…

FİA.Az-ın məlumatına görə, nazir ümidləri doğrultmaqda davam edir və axıra qədər islahatların gerçək olacağına inam var.

Gözlənilir ki, ən mürəkkəb və problem sahədə şəffaflıq təmin olunacaq, pensiya, sosial yardımlar və s. məsələləri həllini tapacaq.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

Bu o deməkdir ki, artıq 19 yaşından, yəni universitetdə təhsilini (böyük ehtimalla əyani təhsil alıb-red.) davam etdirməklə yanaşı, ARDNŞ-də də kifayət qədər yüksək postlar tutub.

19 yaşında gəncin baş mütəxəssis və 26 yaşına qədər isə artıq şöbə rəisi olması kifayət qədər yüksək və qeyri-adi göstəricidir, yəni onun yaşıdları və qrup yoldaşları universitetə dərsə gedib-gələndə, S.Babayev artıq ARDNŞ kimi strateji qurumda şöbə müdiri imiş…

S.Babayev tanınmış polis polkovniki Rafiq Babayevin oğludur. R.Babayev uzun müddət DİN Pasport və Qeydiyyat İdarəsinin rəisi vəzifəsini daşıyıb.

Nazirlik əməkdaşlarından biri “Reytinq”ə deyib ki, yeni nazir soyuqqanlı davranışı ilə artıq “səngərin əks istiqamətində duran” keçmiş nazirin komandasının əsəblərini tarıma çəkir, sanki onların “hücuma” keçməsini gözləyir:

“Təlaş içində olan bir neçə nəfər isə sakitcə getmək üçün nazirə istefa ərizəsi veriblər. Onlar gözləyirdilər ki, Sahil Babayev dərhal ərizənin üstünü yazıb, onlara “yaxşı yol”,- deyəcək.

Lakin gözlənilənin əksinə olaraq, o, ərizə yazmış vəzifəli şəxslərə “Mən dedim ki, ərizənizi yazın?”,- deyərək, onları bir növ “nokauta” salıb.

Çünki bu addım belə qənaət formalaşdırıb ki, yeni nazir daxildə audit apardıracaq və onları çox çətin faktlarla üz-üzə qoyacaq. Yəni hərbçi sərtliyi gec və güclü ola bilər.

Hətta indidən nazirliyin daxilində söhbət gəzir ki, ciddi korrupsiya və qanunsuzluqlara yol verənlərlə bağlı yoxlama materialları Baş Prokurorluğa göndəriləcək. Artıq bunun ilkin əlamətləri görünür.

Fia.Az

Oxunub: 2 812





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69