Nazim İbrahimovun başçı qohumu təlaşda: maliyyə rəisi postuna göz dikib - Maxinasiya...

maliyyə rəisi postuna göz dikib
Biləsuvar rayonunda büdcə vəsaitlərinin amansızcasına talanması haqqında ilginc məlumatlar yayılıb

FİA.Az-ın mediaya istinadla xəbərinə görə,
rayonun Maliyyə idarəsinin rəisi Eldar Təhməzov dövlət vəsaitlərindən şəxsi büdcəsi kimi istifadə edir.

Bütün rayonun “maliyyə vəziyyətinə” nəzarət edən E. Təhməzov dövlət müəssisələrinə ayrılan vəsaitləri istədiyi kimi bölüşdürür, kimə nə qədər çatacağını özü müəyyənləşdirir.

Təbii ki, bu əməliyyatlarda Biləsuvarın icra başçısı Mahir Quliyevin də payı az deyil. M.Quliyev böyük əzmlə çalışır ki, E.Təhməzovla büdcəni yalasınlar.

Bütün idarə və müəssisə rəhbərləri onun “pay bölgüsünə” dinməzcə boyun əymək zorundadırlar. Əks təqdirdə etiraz edənlər daha sərt cəzalarla üz-üzə qalırlar.

Maliyyə rəisinə bu qədər geniş səlahiyyətlər verən isə rayon rəhbərliyidir. Biləsuvarda yerləşən büdcə təşkilatları Maliyyə idarəsi şefinin əlindən “qan ağlayırlar”.

Həmin təşkilatlar büdcədən təyinatı üzrə ayrılan vəsaitləri ala bilmirlər. E.Təhməzov yol idarə müdirlərini, məktəb direktorlarını, kommunal idarələrin rəhbərlərini boğaza yığıb.

Maliyyə Nazirliyi, Hesablama Palatası və eləcə də Prezident Administrasiyası tərəfindən kiçik bir təftiş aparılsa, maliyyə idarəsində nələr baş verdiyi aydınlaşa bilər.

Amma nədəndə maliyyə naziri Samir Şərifov Biləsuvarda nə baş verməsi ilə maraqlanmır.

Biləsuvar Mərkəzi rayon xəstəxanasının əsaslı təmiri işləri davam etdirildiyi qeyd olunur. E.Təhməzovun bu sahə üzrə də maliyyə yeyintisinə yol verdiyi üzə çıxıb.

Biləsuvar rayon Mərkəzi xəstəxanasına “İstilik” MMC-dən 70 765 manat məbləğində bərk inventarlar, “Bəyaz 2” MMC-dən isə 77 min manatlıq avadanlıqlar alınıb, xəstəxana binası təmir edilib.

İnventar və avadanlıqların alınmasına 140 min manatdan çox büdcə vəsaiti sərf olunduğundan məhsulların həqiqətən alınıb-alınmamağı da izlənilə bilər.

FİA.Az KİV-ə istinadla xəbər verir ki, maliyyə rəisi Biləsuvarın icra başçısı olmaq üçün dəridən-qabıqdan çıxır. E.Təhməzov üçün yeni fürsət yaranıb.

Onun Biləsuvar rayon icra başçısı təyin olunacağı haqda RİH-dəki şöbələrdə də danışırlar.

Deyilənə görə, hazırkı icra başçısı Mahir Quliyevin çamadan ab-havasında olması İbrahimovlarla qohumluğudur.

Keçmiş diaspora komitəsi sədri Nazim İbrahimov və iş adamı olan qardaşı Hacı İbrahimlə qohumluq əlaqələri icra başçısının taleyini həll edir.

Sabiq komitə rəhbərinin hədəfə gəlməsi və PA rəhbəri Ramiz Mehdiyev tərəfindən tənqid olunması M.Quliyevin kreslosunu laxladıb. E.Təhməzov büdcənin vəsaitlərini elə idarə edir ki, şəxsi bank hesabı kimi davranır.

Ona bu imkanı yaradan rayon rəhbərliyi olub. Ona görə büdcə təşkilatlarının müdirləri, yerli məmurlar ona bata bilmir. Maliyyə rəisi özünü rayonun icra hakimi kimi aparıb. Belə ki, hazırda maliyyə rəisi uşaq bağçalarına və büdcə təşkilatlarına “divan tutur”.

Onun tələbi büdcədən ayrılan pulları yarıbayarı bölüşdürməkdir. Bu təlimata itaət etməyənləri cəza gözləyir və barəsində yuxarı dairələrə məruzə olunur.

Odur ki, hədə-qorxu ilə üzbəüz qalmış yerli məmurlar rəisin bütün əmrlərinə boyun əyməyə məhkum olublar.

Fia.Az

Oxunub: 4 678





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69