Yeni təhsil nazirinə dosye: Ağdamın musiqi kollecində diplom bazarlığı - İddialar

Ağdamın musiqi kollecində diplom bazarlığı
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Ağdam musiqi texnikumu da məcburi köçkün taleyi yaşadı

FİA.Az-ın verdiyi məlumatda deyilir ki,
bir neçə il başqa yerdə, o cümlədən Bərdədə fəaliyyət göstərən sənət ocağı hazırda Quzanlı qəsəbəsində yerləşir.

İndi Ağdam musiqi kolleci adı altında fəaliyyət göstərən təhsil ocağı qəmli günlərini yaşayır.

Kollecin direktoru Laura Ağayevanın bazarkom fəaliyyəti təhsil müəssisəni rüşvət yuvasına çevirib.

Mətbuatda məlumatlar ondan ibarətdir ki, 70-ə yaxın yaşı olan direktor yaş senzi ilə əlaqədar vəzifəsindən getməli olsa da, Təhsil Nazirliyindəki hamilərinə arxayındır.

Nazirlikdəki havadarları onun kreslosunda saxlamaqla gəlir mənbəyini qoruyurlar. İddialar var ki, L.Ağayeva musiqi kollecində pulsuz diplom vermir, pulsuz imtahanda qiymət yazmır.

Bu baxımdan nazirlikdə hansısa güclər onun müqaviləsini uzadırlar. Nəticədə kollec təqaüdçü direktorun tapdağı altında inildəyir.

Hətta “ölü canlar” saxladığı barədə məlumatlar da var. Özü isə yaxın çevrəsində bəyan edir ki, işdən çıxmaq istəyir, nazirlik razılıq vermir.

Amma yeni təhsil naziri Ceyhun Bayramovun musiqi kollecləri ilə bağlı islahatlar aparacağı gözlənilir. Bu xüsusatda L.Ağayevanın fəaliyyətinə xitam veriləcəyi deyilir.

FİA.Az-ın KİV üzərindən verdiyi məlumatda deyilir ki, kollecdə diplom bazarı qızışıb. Tədrisin başa çatmasına az qalır və mayın əvvəlindən məzunların diplom işi alveri başlayır.

L.Ağayevanın bu fəaliyyəti ciddi narazılıq doğurur. İddialar ondan ibarətdir ki, təhsil naziri C.Bayramova onun dosyesi təqdim olunub. Nazirin bir neçə musiqi məktəbi rəhbərliyi ilə bağlı qərarlar verəcəyi söylənir.

Mediada gedən xəbərlərə görə, 400-dən yuxarı tələbə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təyin etdiyi imtahanlardan keçmədən Ağdam Musiqi Kollecinin «halal-hümmət» tələbəsi olublar. Bunu isə Laura Ağayevadan başqa heç kəs bilmir.

Bu qadın yalan hesabat verməklə həm Təhsil Nazirliyini, həm də rayon icra hakimiyyətini aldadıb.

Özü də çox «məharətlə», «ustalıqla», «fəndgirliklə», «pedaqoji təcrubə» ilə və başqa üsullarla. L.Ağayeva heç nədən və heç kimdən çəkinməyərək açıq aşkar dövləti cinayətlər etməkdə davam edir.

O, məktəbdə xalqımızın qan yaddaşı olan muğamlarımızın tədrisini özbaşına olaraq bağlamış, şöbəni ləğv etdirmiş və qocaman muğam müəllimlərini işdən qovmuşdur.

Halbuki, bu gün ölkənin Prezidenti və onun xanımı Mehriban Əliyeva muğamlarımızı dünya səviyyəsində tanınmasında, onun tədrisində, təbliğində misilsiz işlər görürlər.

Muğamlarımızın qənimi və düşməni olan L.Ağayeva isə ölkə başçısının siyasətinə qarşı çıxaraq xalqımıza qarşı mədəni terrorla məşğul olur.

Dəfələrlə L.Ağayevanın tutduğu bu cinayət işlərində rayonun rəhbərlərinə məlumat verilməsinə baxmayaraq bu biabırçı və utandırıcı işlərin qarşısı alınmamışdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az

Oxunub: 3 050





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69