Əli Kərimli “söyüş makinasını” müxalifətə fırlatdı: hədəfdə kimlərdir? – Təfsilat

hədəfdə kimlərdir?
AXCP sədri Əli Kərimli bu dəfə “söyüş maşınını” müxalifətə yönəldib

FİA.Az-ın məlumatına görə,
eyni cəbhədə mübarizə aparanlar indi qarşı tərəflərdə yer alıblar.

Əli Kərimli Emin Millini, Qurban Məmmədovu, Nahid Cəfərlini söydürür. Halbuki bir müddət öncə söyüş şəbəkəsi qurmuşdular.

Belə görünür ki, Əli Kərimli müxalifət imici formalaşan hər kəsi özünə potensial təhlükə hesab edir. Hazırda gedən prosesi analiz etdikdə, maraqlı məqamlar üzə çıxır.

Bu haqda cebhe.info yazıb ki, özünü lider kimi göstərən, əslində Qərbin qrantları hesabına xalqı aldadaraq funksioner obrazı yaradan Əli Kərimli indi də növbəti siyasətə-xaricdə yaşayan Emin Milli, Orduxan, Nahid Cəfərli söydürməyə başlayıb.

Əli Kərimli saxta profillər yaratmaq, ümumilikdə desək, sosial şəbəkə üzərindən iş qurmaqda çox bacarıqllıdır. Yuxarıda adlarını sadaladıqlarımız hərəkəti birmənalı düzgün deyil, amma "liderin" bu insanları əvvəl dəstəkləyib, sonradan onlara qarşı belə hərəkət etməsi maraqlıdır.

Buradan gələn nəticə isə budur ki, Kərimli müxalifətçi imici formalaşdıran hər kəsi özünə rəqib görür. Bu isə gücsüzlük əlamətidir. Siyasət isə gücsüzləri bağışlamır.

Görünən odur ki, bu məsələ hər iki tərəfə dəstək verən güclərin, daha doğrusu klanlar arasında gedən savaşın nəticəsi də ola bilər. Bu olayların məhz seçkilərdən sonra baş verməsi də diqqət çəkən məqamdır.

Çünki seçki ərəfəsində hər iki tərəf, ənənəvi müxalifət və mühacir müxalifəti belə demək mümkünsə “çəkici eyni yerə vururdular”, bir-birlərini müdafiə belə edirdilər.

Özəlliklə ənənəvi müxalifətin Azərbaycandakı virtual tərəfdarları, eləcə də “fake” profillər mühacirət müxalifətinə yüksək dəstək verdi.

FİA.Az bildirir ki, seçkidən həmin sonra isə qarşılıqlı ittihamlar başladı. Ola bilər hökumət formalaşmasında güclər arasında çıxan problemlər də rol oynayır burda.

Yaxud, bunu Əli Kərimlinin eqosu kimi dəyərləndirənlər də var ki, Əli Kərimli özündən başqa müxalif gücün formalaşmasını istəmir.

Çünki söz-söhbətlər gəzirdi ki, məsələn, Orduxanın fərdi virtual fəaliyyəti Əli Kərimlinin, ümimiyyətlə, ənənəvi müxalifətin fəaliyyətini kölgədə qoyub.

İndi kimə inanacaqlarına, kimə güvənəcəklərinə, kimin arxasınca gedəcəklərinə necə qərar verəcəklər?

Və çox tragikomikdir ki, dünən mühacirətdəki müxalifətə kütləvi, can-başla dəstək verənlər, indi onları linç edirlər.

Eləcə də mühacirətdə olanların dünənə kimi dəstəklədikləri Əli Kərimli, Cəmil Həsənliyə qarşı münasibətlərinin dəyişməsi. Amma bu siyasətdir, hər şey ola bilər, hər şey gözləniləndir.

Nəticədə isə, bütün bunlar nə vətəndaşın, nə ölkə müxalifətinin, sadəcə, hakimiyyətin xeyrinə işləyir.

Bu adam nə qədər siyasətçi kimi görünsə də, nə qədər özünü siyasi xadim kimi göstərməyə çalışsa da o, nə ciddi siyasətlə məşğuldur, nə ciddi siyasətçi olub, nə də bundan sonra olacaq.

Buna görə də, Əli Kərimlinin gah nala, gah da mıxa vuran açıqlamalar verməsi təbiidir. Əgər kimsə nə vaxtsa hansısa siyasi cameəyə işləyirdisə, sən niyə onu müdafiə edirdin?

Demək ki, sənin özün həmin adamdan qabaq ora işləmisən. Hətta, onun özünü əlaltdan işləmək üçün onun yanına göndəriblər.

Ümumiyyətlə, Əli Kərimli bir az maraqları tapdalanan kimi, istənilən adamı qurban verməyə hazırdır.

Onun siyasi oriyentasiyası heç vaxt məlum olmayıb. İstənilən adamla, istənilən yerlə işləməyə hazırdır.

Öz maraqları naminə Şeytanla belə sövdələşməyə gedər. O, elə bir adamdır ki, bu gün təriflədiyi Qərbi sabah pisləyə, Milli Şuranın əlehinə belə çıxa bilər.

Əli Kərimli üçün şəxsi maraqları hər şeydən öndədir. Xalq Cəbhəsində rəhbər vəzifədə olarkən belə, öz şəxsi maraqlarından çıxış edib.

Buna görə də, onun mənsub olduğu təşkilatda həmişə dağılmalar baş verib. Bu gün də onun acısını yaşayır. Ətrafında olan 5-6 adam da bir müddətdən sonra onu tərk edib gedəcək.

Fia.Az

Oxunub: 3 128





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69