İqtidar köçkünlərlə çiyin-çiyinə - Şok təfərrüat

İqtidar köçkünlərlə çiyin-çiyinə
Azərbaycan dövləti və onun Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bir gün də olsun vətənindən didərgin düşmüş insanları diqqətdən kənarda saxlamır

FİA.Az-ın verdiyi məlumata görə,
məcburi köçkünlərin sosial təminatı siyasəti Azərbaycan hökuməti üçün prioritetdir.

Hakimiyyət köçkünlərin ayrıca bir zümrə olaraq deyil, xalqın zərərçəkmiş təbəqəsi kimi dəyərləndirib qayğı göstərməkdədir.

YAP-ın VI qurultayında Cocuq Mərcanlı kənd sakininin çıxışı da sübut etdi ki, iqtidar məcburi köçkünlərlə bağlı siyasətinə həssas yanaşır.

Əvvəla hər bir iqtidar seçkidə səs qazanması üçün cəmiyyətin müxtəlif təbəqələrin çağırış edir. Yəni, normal bir haldır.

İkincisi, Azərbaycan hökuməti 1993-cü ildən bu yana qaçqınları başqa dövlətlərin humanittar yardımlarının ümidinə qoymayıb, dövlətin öz resursları hesabına onların sosial şəraiti yaxşılaşdırılır.

Həm Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, həm hazırkı prezident İlham Əliyevin 2003-cü ildən bu yana sosial siyasətində məcburi köçkünlərə diqqət bir gün də olsun ara verməyib.

Və H.Əliyevin də, İ.Əliyevin də hakimiyyəti dönəmində “Qaçqınkom” və onun sədri Əli Həsənov öz vəzifəsini layiqincə yerinə yetirməyə nail olub.

Təbii ki, iş olan yerdə tənqid və problemlər meydana çıxır. Zaman-zaman da “Qaçqınkom”un fəaliyyətindəki nöqsanlar dilə gətirilib.

Lakin komitə tənqidlərə hər zaman açıq olub və göstərilən iradları araşdıraraq həll etməyə çalışıb.

Çünki Ə.Həsənov təcrübəli bir dövlət xadimi kimi həm H.Əliyevin, həm İ.Əliyevin etimadını doğrultmuş məmurdur.

FİA.Az-ın verdiyi məlumata görə, fevralın 10-da keçirilən tədbirdə də bu siyasətin gerçəkləri, həqiqətləri açıqlandı.

Toplantıda Ə.Həsənov xatırladıb ki, dünyada baş verən iqtisadi-maliyyə böhranına, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, 2017-ci il ölkəmizdə sabitlik və inkişaf ili oldu.

Baş nazirin müavini qeyd edib ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası həm də dünyaya mesaj oldu:

“Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, bütün torpaqlarımız işğaldan azad ediləcək, hər qarış torpağımız abadlaşdırılacaq. Əgər Böyük qayıdış Cocuq Mərcanlıdan başladısa, onun davamı artıq Ağdərədə gedir”.

Birinci vitse-prezidenti Mehriban Əliyevanın da hər zaman məcburi köçkünlərə xüsusi qayğı göstərdiyini deyən komitə sədri bildirib ki, onun təşəbbüsü və rəhbərliyi ilə yeni binaların tikintisinə start verildi.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 935 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb.

Qaçqın və məcburi köçkünlər üçün indiyədək 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış komplekslərinin salındığını, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırıldığını deyən Ə.Həsənov bildirib ki, digər qəzalı binalarda yaşayan köçkünlərin problemləri də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaxın vaxtlarda öz həllini tapacaq.

FİA.Az-ın verdiyi məlumata görə, dünyanın heç bir münaqişə zonasında qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur.

Əgər 30 il əvvəl dünyada 30 milyon qaçqın və məcburi köçkün, 25 münaqişə zonası var idisə, bu gün dünyada qaçqın, məcburi köçkünlərin sayı 65 milyonu keçib və münaqişəli zonaların sayı isə 70-ə qədərdir.

Dünyanın heç bir münaqişə zonasında, həmçinin bütün Avropa ölkələrində qaçqın və məcburi köçkünlərə belə qayğı yoxdur.

Kaş belə münasibəti qaçqın və məcburi köçkün problemi ilə guya məşğul olan dövlətlərdə, beynəlxalq qurumlarda və təşkilatlarda görə biləydik.

Buna görə də əminliklə deyirik ki, Azərbaycan xalqının, o cümlədən bütün qaçqın və məcburi köçkünlərin inam və ümid yeri yalnız möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Məcburi köçkünlər yaxşı şəraitdə yaşamağa layiqdirlər. Çünki onlar həmişə bütün ictimai-siyasi proseslərdə dövlətçilik mövqeyindən çıxış edib, ulu öndər Heydər Əliyevə, cənab Prezidentə və Sizə öz sadiqliyini daim nümayiş etdiriblər.

Ötən illər ərzində Azərbaycan dövləti məcburi köçkünlərin üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində genişmiqyaslı işlər görüb.

Təkcə bir faktı qeyd edək ki, ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə ulu öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub.

Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Fia.Az

Oxunub: 2 579





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69