Kənd-kənd, küçə-küçə gəzən, xalqdan qaçmayan Tərtərin başçısının dosyesi...

Kənd-kənd, küçə-küçə gəzən, xalqdan qaçmayan Tərtərin başçısının dosyesi...
Tərtər bu gün respublikanın ən qabaqcıl bölgələrindən biridir. Son illərdə düşmənlə üzbəüz qalan rayonda xüsusi inkişaf gedir

FİA.Az-ın xəbərinə görə,
bu tərəqqiyə prezidentin tapşırıqlarını yüksək səviyyədə icra edən Müstəqim Məmmədovun rəhbərliyi altında nail olunub.

Onun əsas vəzifəsi kənd-kənd, küçə-küçə dolaşmaq, sakinlərin dərd-səri ilə maraqlanmaqdır.

2018-ci ilin birinci rübü də Tərtər üçün uğurlu olub. 20 ədəd çoxmənzilli yaşayış binasının fasad hissələrinin və giriş bloklarının əsaslı təmiri işlərinə başlanılıb.

Şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəb binalarında əsaslı təmir işləri başa çatdırılıb.

Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində abadlıq və yenidənqurma işlərinə başlanılıb.

Küçələrin istinad divarları bir çox yerlərdə mişar daşı ilə hörülmüş, küçə divarları bütünlüklə aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçələrdə yol kənarlarına bardyorlar düzülmüş, yola asfalt örtüyü salınıb.

Bundan başqa həmin küçələrdə işıq, qaz, su-kanalizasiya və rabitə xətləri səliqəyə salınmış, yarasız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilib.

Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun əsaslı təmiri və yenidən qurulması işlərinə başlanılıb.

Şəhərin Heydər Əliyev prospektində Bayraq Muzeyinin tikintisi üçün 0.12 ha, rayon icra hakimiyyətinin inzibati binasının tikintisi üçün 0.20 ha və Nizami küçəsində Xalça İstehsalı Emalatxanasının tikintisi üçün 0.42 ha torpaq sahəsi ayrılıb. Dəmirçilər kəndində Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olub.

Dəmirçilər kənd tam orta məktəbin müəllimi Ramidə Bəylərova məktəb üçün əlavə sinif otaqlarının, Rəhman Tahirov Ağkənd kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, Əjdər Həsənov su arxlarının lildən təmizlənməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

FİA.Az-ın xəbərinə görə, Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Hüsənli kəndində olub.

Sonra məktəbin direktoru Cümşüd Həsənov kənd məktəbinin təmiri, Elşən Məmmədov içməli su üçün bir ədəd subartezian quyusunun qazılması, Məhərrəm Heydərov pay torpağına gedən yolun məcburi köçkünlər tərəfindən zəbt olunması, Şöhlət Hüseynov işlə təmin olunması, Şəmsi Əhmədov isə əmlak payının zəbti ilə bağlı müraciət ediblər.

pambıq əkini 3 dəfə, pambıq tədarükü 3.6 dəfə artaraq, hər hektardan məhsuldarlıq 27.0 sentnerə çatıb.

Ümumiyyətlə, rayonda aqrar sektor, sahibkarlıq üçün tam sərbəst imkanlar yaradılıb. M.Məmmədovun ümdə məqsədi odur ki, insanların rahatlığı təmin edilsin, ondan narazılıq olmasın.

RİH başçısı cənab Müstəqim Məmmədov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.

M.Məmmədovun vaxtında Bakıya gedən şikayətlər tamamilə azalıb. Çünki icra başçısı problemi olan hər kəsi qəbul edib dinləyir.

Müstəqim Məmmədov bir çox hallarda sakinlərin evlərində olur, onların qayğı və problemləri ilə yerindəcə tanış olur.

İcra başçısı özü də bildirir ki, dövlət tərəfindən iş adamlarına bütün dəstək verilir. Onlar üçün mövcud olan bütün bürokratik əngəllər aradan qaldırılır.

Tərtər rayonunda fəaliyyət göstərən sahibkarlar da deyirlər ki, hal hazırda onlar üçün zəruri olan bütün şərait yaradılıb.

Rayonun kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə də bir sıra addımlar atılır. Tərtər camaatının əsas məşğuliyyətinin əkinçilik və heyvandarlıq olduğu məlumdur.

Hazırda Müstəqim Məmmədovun rəhbərliyi altında bu sahələrdə bir sıra yeniliklərin edildiyi, böyük naliyyətlər əldə edilməsi üçün zəruri təxirə salınmaz addımlar atılır.

Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində aprel hadisələri zamanı ciddi dağıntıya məruz qalmış və cənab prezidentin Sərəncamı ilə yenidən tikilərək sakinlərin istifadəsinə verilmiş evlərdə olub, sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.

ABŞ-dan olan jurnalist Nurit Greenger məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə orta məktəb və musiqi məktəbində şagirdlər üçün yaradılan şəraitlə tanış olduqdan sonra ölkə başçısı tərfindən təhsilə, mədəniyyətə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, etiraf edib ki, onun ölkəsində Azərbaycanda olduğu kimi təhsilə, mədəniyyətə bu cür qayğı göstərilmir.

Fia.Az

Oxunub: 1 750





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69