“Çto? Qde? Koqda?” iqtidara gəlir... İTV Alışanovdan necə qoparıldı? - Pərdəarxası

İTV Alışanovdan necə qoparıldı?
İctimai Televiziya və Radio Yayımları şirkəti AzTV sədri Arif Alışanovdan qoparıldı

FİA.Az xəbər verir ki,
Cəmil Quliyevin İTV-yə rəhbərlik etdiyi dönəmdə A.Alışanovun kölgəsi dolaşırdı.

Amma onun adının ölüm işində keçməsi və məhkəmə prosesi barədə mətbuatda gedən xəbərlər Alışanov üçün “əcəl zəngi”nin çalınmasının başlanğıcı oldu. İlk növbədə İTV ondan alındı və gənc bir kadr rəhbər gətirildi.

Belə ki, C. Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən getmək istəyi ilə bağlı şuraya rəsmi müraciət edib. Şuranın iclasında Balakişi Qasımov İTV-nin yeni baş direktoru seçilib.

Cəmil Quliyev deyib ki, səhhətində yaranmış problemlər eyni zamanda həm İTV-nin baş direktoru kimi məsuliyyətli vəzifənin keyfiyyətli icrasına, həm də çoxsaylı yaradıcılıq planlarını həyata keçirməsinə imkan verməyib.

B.Qasımov Gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. O, eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.

Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.

2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb.

2017-ci ildə "Kim? Harda? Nə vaxt?" hərəkatının inkişafına verdiyi töhfələrə görə Vladimir Voroşilov mükafatının laureatı olub. Balakişi Qasımov Vergilər Naziri Mikayıl Cabbarova yaxınlığı ilə seçilir. Daha doğrusu, xalası oğludur.

Vaxtı ilə Mikayıl Cabbarovun da iştirakçısı olduğu "Nə? Harada? Nə zaman?" elitar klubunun oyunçusu, Azərbaycanda "Nə? Harada? Nə zaman?" oyununun aparıcısı və baş prodüsseri işləyib.

2002-ci ildə Breyn rinq üzrə Azərbaycan Çempionu olub. Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib.

Balakişi Qasımov həm Badminton, həm də Qılıncoynatma Federasiyasialarının vitse-prezidenti olub.

Qeyd edək ki, Balakişi Qasımov hər iki posta bu Federasiyasiaların prezidenti olan Mikayıl Cabbarov tərəfindən təyin olunub.

FİA.Az xatırladır ki, Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa İctimai Televiziyanı boykot etmişdi.

Millət vəkili yazmışdı: “Səhər-səhər bir xanım bir az çətin anlaşılacaq səslə zəng edib ki, Fazil bəy, İctimai Televiziyadandır, sizdən gündəmə dair müsahibə götürmək istəyirəm.

Cavabım dərhal və kəsə oldu: Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya artıq mən dəyərli vaxtımı sərf edib müsahibə vermirəm?

Xanım jurnalist gülümsəyərək cavabında dedi: “Bəy, narahat olmayın, biz Gürcüstanın İctimai Televiziyasındanıq, sizin fikirlər maraqlı olduğuna görə oradakı soydaşlarımızla bağlı düşüncələrinizi almaq istədik”.

Razılıq verdim. Çünki ağılla idarə olunan televiziyalara diqqətsizlik etmək xarakterimdə yoxdur”.

Millət vəkilinin ironiyalı bu statusunda bir məqam xüsusilə diqqəti çəkir: “Alışanovun vücudu ilə idarə olunan televiziya…” Burda böyük ehtimalla, AzTV-nin sədri Arif Alışanov nəzərdə tutulur.

Sual olunur: İctimai Televiziyanın Arif Alışanova nə aidiyyatı? Axı biz bilən İctimai Televiziya AzTV-nin “filialı” yox, müstəqil bir qurumdur. Sən demə bu, kağız üzərində və sözdə belədir.

Əslində isə, İsmayıl Ömərov İTV-nin rəhbərliyindən uzaqlaşdırılandan və onun yerinə Cəmil Quliyev gətiriləndən sonra İTV-ni də Arif Alışanov idarə edir! Üstəlik də nəinki idarə edir, hətta onun əsas gəlir mənbələrindən birinə də çevrilib…

A.Alışanov hətta İTV-nin qapılarını istədiyi şəxslərin – partiya sədrlərinin, millət vəkillərinin, ictimai xadimlərin, müğənnilərin və digərlərinin üzünə bağlaya da bilir!

Söhbət o Arif Alışanovdan gedir ki, milyonluq torpaq alverlərinə görə bir sıra adamları tutdurub, hazırda məhkəməsi gedir və bu məhkəmədə ən ağır cinayətlərdə, hətta qətldə ittiham olunur!

Qeyd edək ki, Fazil Mustafanın yuxarıda təqdim etdiyimiz fikirlərini tanınmış telejurnalist, professor Qulu Məhərrəmli də dəstəkləyib.

M.Cabbarovun xalası oğlunun İTV-yə rəhbər gətirilməsi isə Alışanovun nəzarətindən çıxarılması ehtimalı yaradır.

Fia.Az

Oxunub: 5 047





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69