"Qoca"nı qaçırmaqda ittiham edilən Fədayə Novruzda əfv oluna bilər - Təfərrüat

"Qoca"nı qaçırmaqda ittiham edilən Fədayə Novruzda əfv oluna bilər
Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının həbs müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayəti verilib

FİA.Az-ın məlumatına görə,
müğənninin vəkili Türkel Süleymanlışikayəti artıq Bakı Apelyasiya Məhkəməsinə təqdim edib.

Yanvarın 15-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə Fədayə Laçının həbs müddəti daha 3 ay uzadılıb.

“Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb. F.Laçın isə onu həbsdən qaçırmaqda ittiham olunur. Onların sevgi münasibətləri bu hekayə ilə başa çatıb.

Ancaq Fədayənin işinin məhkəməyə getməməsi, istintaq müddətinin aha üç ay uzadılması müğənninin mart əfvində azadlığa buraxılacağı ehtimalı yaradır.

Əslində, Fədayə dekabrda azadlığa buraxılacaqdı. Amma əfv fərmanı olmadı. Tanınmış sənət adamları da onun əfvi üçün dövlət rəhbərliyinə müraciət imzalayıblar.

Belə görünür ki, istintaqın üç uzadılması Fədayənin martda şərti azadlığa çıxması ilə nəticələnə bilər. Ona görə də işi məhkəməyə göndərməyiblər.

O, Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Noyabrın 2-də isə “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədov atışma zamanı öldürülüb.

FİA.Az-ın məlumatına görə, Fədayəyə qarşı yuxarılarda heç bir aqressiya və yaxud hansısa məmurun qərəzli münasibəti yoxdur. Ona görə də sənətçinin əfv olunacağı ehtimalı yüksəkdir.

Xalq artisti Brilliant Dadaşova müğənni Fədayə Laçınla bağlı birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti sənətçilər arasında ciddi rezonans doğurmuşdu.

Sənətkar Mehriban Əliyevanın həbsdə olan bir anaya dəstək olmasını xahiş edib: “Əzizimiz, sevimli Mehriban xanım! Sizin sonsuz dərəcədə mehriban və qayğıkeş insan olduğunuzu bilirik.

Bu səbəbdən Sizə müraciət edib, istedadlı müğənni, gənc qadın, ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı xahiş edirik.

Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah, heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm”.

Xalq artistinin bu jesti ictimaiyyətdə, sosial şəbəkələrdə təqdir edilib, dəstəklənib. Bu müraciətin ardınca bir çox müğənnilər sosial şəbəkələrdə Fədayə Laçına dəstək verən statuslar paylaşıblar. Röya Ayxan, Flora Kərimova, Elza Seyidcahan, Nüşabə Ələsgərli və s. tanınmışlar ona dəstək olublar.

Onu da deyək ki, Penitensiar Xidmətin rəis müavini, general Hüseynağa Əlixanovun qaçan avtoritetlərə görə həbs edilən bacısı oğlunun müğənni Fədayə Laçınla işbirliyi haqda iddialar səslənir.

İstintaqa cəlb edilən şəxslərdən biri generalın qohumu, qarovul rəisi Ceyhun Səmədovdur.

C.Səmədovun məhkumların qaçmasına şərait yaratmaqda şübhəli şəxs kimi saxlanması, onun müğənni Fədayə Laçınla əlbir olduğu iddialarını gücləndirib.

F.Laçını “Qoca” ləqəbli Etibar Məmmədovu qaçırması, onunla sevgili olması üzə çıxdıqdan sonra həbs ediblər.

Penitensiar Xidmətin əməkdaşlarının nəzarətindən çıxıb qatardan qaçmaq ağılasığmaz hadisədir. Görünür ki, bu əməliyyatda başqa personajlar da olub.

Əks təqdirdə, PX əməkdaşlarının ciddi şəkildə naşılığı və ya əlbirliyi şübhələri meydana çıxır.

C.Səmədovun F.Laçınla hansı danışıqlara getməsi, bu əməliyyatda əlbir olub-olmadıqları istintaqın gedişində məlum olacaq.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Fia.Az

Oxunub: 556





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69