Prezident 3 milyon ayırıb, “Lider” və “Space”də isə kütləvi istefalar - Təfərrüat

Prezident 3 milyon ayırıb, “Lider” və “Space”də isə kütləvi istefalar
Azərbaycan telekanalları böhran yaşayır. Artıq bir müddətdir ki, “Lider” və “Space” telekanallarında ciddi problemlər yaşanmaqdadır

Bu barədə FİA.Az-ın əldə etdiyi məlumata görə,
son 1 il ərzində adıçəkilən telekanallarda kütləvi ixtisarlar olub.

İşçilərin bir qismi isə əmək haqlarını ala bilmədiklərindən “Lider” və “Space”i tərk ediblər. Son günlərdə isə “Lider” və “Space”də maaşların gecikməsinə görə kütləvi istefalar olub.

İşçilər aylardır maaş üzünə həsrət qalıb. “Lider” TV-nin əməkdaşları ötən ilin iyul ayından bu yana maaşlarını ala bilmirlər. Ölkə başçısı tərəfindən telekanallara 3 milyon manat vəsait ayrılıb.

“Lider” telekanalının rəhbərliyi işçilərin əmək haqlarının tezliklə veriləcəyinə dair söz versə də, vədinə əməl etməyib.

“Lider” TV-yə nəzərdə tutulan 600 min manat vəsaitin köçürüldüyü vurğulanıb. Buna baxmayaraq, işçilərin maaşları indiyədək ödənməyib.

Əvvəl “Lider”in 1000-dən çox işçisi var idi. Hazırda əməkdaşların sayı 200 nəfərə qədər azalıb.

Nə vaxta qədər belə davam edəcək, kimsə bilmir. Görünən odur ki, telekanal müflis olmaq üzrədir.

İşçilərə söz verilir, amma əməl edilmir. Əgər belə davam edərsə, o zaman qısa zamanda telekanal bağlanacaq.

Telekanallar böhran içində: verilişlər bağlanır, ixtisarlar gedir, maaşlar azalırİqtisadi böhran teleradioların da fəaliyyətinə təsir edib.

Bəzi telekanal və radiolarda ixtisarlar aparılıb, bəzi verilişlərin yayımı dayandırıb, bir hissəsinin də yanvardan efirdən çıxarılması nəzərdə tutulur.

Bu barədə telekanalların birində rəhbərlikdə olan mənbə məlumat verib. Onun sözlərinə görə, ”Space” və “Xəzər” telekanallarına da böyük zərbə dəyib.

FİA.Az-ın əldə etdiyi məlumata görə, telekanal rəhbərlikləri maksimum dərəcədə qənaət rejiminə əməl etməyə çalışır.

Habelə “Lider TV”, “ARB TV”, “İctimai TV” də böhrandan sovuşa bilməyib. Bu kanallarda çalışanların bəziləri son 1, bəziləri 2, bəziləri isə avqustdan bəri maaş almadıqlarını deyirlər.

Bəzi işçilərə verilməli olan pullar müxtəlif bəhanələrlə ya gecikdirilir, ya da azaldılaraq verilir. Telekanalların sponsor dairələri, hansı oliqarxlara yaxınlığı da ciddi nəzarətə alınır, öyrənilir.

Telekanallarda hansı oliqarxa bağlı şirkətlərin malların, onlara məxsus restoran və klinikaların reklam edilməsi də xüsusi araşdırılır.

İqtidar telekanalların maliyyə mənbələrini tam nəzarətə almaqla “kimin hansı musiqini sifariş etdiyini” bilmək niyyətindədir.

İddialara görə, iqtidar artıq ən yüksək səviyyədə etiraf edilən böhran dövrünə hazırlaşması səbəbindən telekanallara nəzarəti gücləndirir. Onu da deyək ki, bugünki telekanalları internetlə mübarizə dövrünü yaşayır.

Necə ki, televiziya və radio meydana gələndə qəzetlər, kino yarananda teatrlar varlığını saxlamaq üçün mübarizə aparırdı, televiziyalar da auditoriyanı internetə uduzmamaq üçün çalışırlar. Demək olar ki, dünya çapında televiziyalara baxanların sayı azalıb.

"Hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir.Hətta deyərdim ki, artıqdır. Onları azaltmaq lazımdır ki, reklam bazarında olan vəziyyət müəyyən qədər düzəlsin”.

Bu fikirləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli unikal.org-a müsahibəsində səsləndirmişdi.

MTRŞ sədrinin bu ideyasını təklif və anons kimi qiymətləndirmək də olar. N.Məhərrəmli ANS-dən sonra daha bir telekanalın bağlanacağına eyham vurub.

Ehtimal etmək olar ki, yaxın gələcəkdə efirdən daha bir tezlik çıxarılacaq. Azərbaycan efir məkanının tənzimlənməsi prosesi getməkdədir.

Amma MTRŞ sədrinin dediyi kimi, sayını azaltmaq lazım olan telekanallardan hansının yayımı dayandırılacaq?

Təbii ki, AzTV, Mədəniyyə kanalı, İdman Azərbaycan, İctimai TV, Xəzər TV və ATV nəzərdə tutulmayıb. Yerdə qalan Space və Lider TV-dir...

Fia.Az

Oxunub: 1 157





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69