Prezident Əli Həsənovu vəzifəsiz qoymadı: 20 illik layiqli nəzər...

20 illik layiqli nəzər...
Azərbaycan dövlətçiliyində böyük xidmətləri olmuş, sona qədər sədaqəti ilə seçilmiş Baş nazirin müavini Əli Həsənova hökumətin yeni tərkibində növbəti dəfə etimad göstərildi.

FİA.Az-ın əldə etdiyi xəbərə görə,
Ə.Həsənovun prezident tərəfindən təltif olunması və 7 illik hakimiyyət dönəminə başlanğıcda Nazirlər Kabinetində yer alması verilən qiymət idi.

Onun Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri vəzifəsindən azad edilməsi bu postda olmasının 20 illiyinə təsadüf elədi.

Həm ümummili lider Heydər Əliyev, həm prezident İlham Əliyev Ə.Həsənova “Qaçqınkom” postunda böyük etimad nümayiş etdirdilər.

20 il məcburi köçkünlərin problemlərinə can yandıran, onların yanından ayrılmayan Ə.Həsənov bu vəzifədən ayrılarkən dövlət səviyyəsində qiymətləndirildi.

Prezident onu təltif elədi, xidmətlərini yerə vurmadı, Baş nazir müavini kimi NK-da işini davam etdirəcək.

Təcrübəli dövlət xadimi olan Ə.Həsənova göstərilən bu etimad məhz ötən dövr ərzindəki fəaliyyətinin qiyməti idi.

Halbuki, yaxın keçmişdə nazir vəzifəsinə təyinat alanlar ( Səlim Müslümov, Heydər Əsədov və s.) etimadı tam doğrultmadılar və işsiz qaldılar. Onlar cəmi bir neçə il nazir işlədilər.

Ə.Həsənov isə təcrübəsindən və sədaqətindən, məcburi köçkünlərə canyananlığından irəli gələrək 20 il sədr postunda qalmağa layiq görüldü. Eləcə də Baş nazir müavini kimi işinə davam edəcək.

FİA.Az-ın əldə etdiyi xəbərə görə, Ə.Həsənov “Qaçqınkom” sədri vəzifəsində 1 milyon köçkünün xidmətində dayanıb.

Bu 20 il ərzində elə bir köçkün, şəhid ailəsi olmayıb ki, sədrə müraciət etdikdə cavabsız qalsın, dərdinə şərik olmasın, problemini həll etməsin.

Yəni, köçkünlər də, dövlət başçısı da onun fəaliyyətindən həmişə razı olub. Baxmayaraq ki, zaman-zaman onun əleyhinə bədxahları kampaniya aparıblar, gözdən salmağa çalışıblar.

Hətta dövlət rəhbərini inandırmaq istəyiblər ki, “Qaçqınkom” sədri qanunsuz işlərin sahibidir. Ancaq bunların heç biri sübuta yetirilməyib.

Əksinə, prezident onun köçkünlər üçün gördüyü işlərin, ölkə başçısının verdiyi tapşırıqların yerinə yetirməsinin şahidi olub.

Ona görə də “Qaçqınkom” sədri olmasa belə, yeni gələn sədr onun təcrübəsindən bəhrələnəcək, Ə.Həsənov özü də Baş nazirin müavini kimi qaçqınlara diqqətini azaltmayacaq.

Əksinə, bu vəzifəsində də ona edilən müraciətlərə baxacaq, köməyini əsirgəməyəcək. Çünki o, 1 milyon yurd-yuvasını itirmiş insanlardan qopa bilməz.

Bir cəbrayıllı kimi, bir qarabağlı kimi hansı vəzifədə olursa-olsun, dövlətə xidmətə, xalqa və vətənə bağlılıq onun öz daxili xarakterindən irəli gəlir.

Ə.Həsənovun arzusu “Qaçqınkom” sədri olmaq deyil. Əksinə, o bir vətəndaş, bir işğal altında olan rayonun yurddaşı kimi bu komitənin ləğv olunmasını, daha bu quruma ehtiyacın olmamasını arzulayır.

O, arzulayır ki, 1 milyon köçkün Qarabağa qayıtsın, yenə o evlərdə işıqlar yansın, yenə uşaqlar həyətlərdə oynasın, yenə həyat öz axarına qayıtsın və bu komitə tarixin yaddaşına köçsün.

Bax, o zaman Ə.Həsənov rahatlıq tapacaq, sevinəcək, prezidentin ona verib və ya verməyəcəyi bütün vəzifələrə razı olacaq. Çünki ən böyük vəzifə başa çatmış olacaq - Qarabağ düşməndən azad ediləcək.

Əfsuslar olsun ki, taleyimizə “Qaçqınkom” adlı qurum yaratmaq yazılıbmış. Və Ə.Həsənovun bu gün ən böyük arzusu da bu komitənin fəaliyyət profilini dəyişməsidir, qaçqınların öz yurd-yuvalarına qayıtmalarıdır.

Bu dövr ərzində köçkünlərə şəhərciklər, qəsəbələr tikildi, onların sosial rifahı yaxşılaşdı, işlə təmin olundular, sahibkarlıqla məşğul olmalarına şərait yaradıldı.

Ə.Həsənov 20 illik fəaliyyətinə gedən yolda bütün istəklərinə nail olmaqdadır: qaçqınlar evlə təmin edilir, çadırlardan, vaqonlardan çıxarılıb, körpələr daha yataqxanalarda, vaqonlarda dünyaya göz açmırlar.

Fia.Az

Oxunub: 2 159





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69