Kremldən Azərbaycana qarşı seçki ilində bayraq təxribatının pərdəarxası

Kremldən Azərbaycana qarşı seçki ilində bayraq təxribatının pərdəarxası
Moskvada zibil qutuları bayrağımızın rəngləri ilə boyanıb

FİA.Az xəbər verir ki,
bu barədə məlumatı Moskvada yaşayan soydaşımız Pərviz Səfərov özünün “Facebook” səhifəsində paylaşıb.

O, zibil qutularının yazıda təqdim olunan fotolarını Rusiya paytaxtındakı “Mega” Ticarət Mərkəzində çəkib.

Zibil qutusunun üstündə yazılmış “Цвет имеет значение” (“Rəngin əhəmiyyəti var”) yazısı isə bu hərəkətin təsadüfi olmadığını söyləməyə əsas verir.
Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması məqsədli provokasiyadır.

Bu təhqiramiz addımı atan qüvvələrin Moskvadakı ermənipərəsətlər də, hansısa anti-Azərbaycan dairələri də olduğu istisna deyil.

Bir müddət əvvəl Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvinə nail olan həmin qüvvələr indi də zibil qutularını üçrəngli bayrağımızın rəngləri ilə boyamaqla xalqın heysiyyatına toxunur, Azərbaycanı qıcıqlandırırlar.

Əlbəttə ki, seçki ilində daha ciddi təzyiq vasitələrinə və təxribatlara yol veriləcəyi gözləniləndir. Kreml Azərbaycandan hər seçkidə diktə etdiyi tələblərin icrasını gözləyir.

Rəsmi Bakı Rusiyanın istəklərinə adekvat olmayan siyasət yürütdükdə dərhal provokativ hadisələr təşkil edilir.

FİA.Az xəbər verir ki,
Moskva Bakıdan bütün maraqlarının təmin olunmasını tələb edir.

Azərbaycan isə balanslı xarici siyasətdə axsamaq istəmir və Kremlin bütün tələblərini yerinə yetirmir.

Ümumiyyətlə, Rusiya özünün iştirakı olmayan Azərbaycanın strateji əhəmiyyətli layihələrinin hər zaman əleyhinə çıxıb.

Moskva vaxtaşırı buna görə rəsmi Bakını sıxışdırıb, təhdid edib, hədələyib, təxribatlarla mesajlar verib. Azərbaycan tərəfi də əbədi qonşunun “quyruğunu” tapdalamayıb, qıcıqlandırmayıb.

Buna qədər də şimal qonşumuz rəsmi və ya qeyri-rəsmi səviyyədə Azərbaycana yönəlik yumşaq desək, dözümsüz münasibətini heç vaxt gizlətməyib.

30 il əvvəl Dağlıq Qarabağ münaqişəsini alovlandıran Rusiya, SSRİ-nin süqutundan sonra Azərbaycan ərazilərinin işğal olunmasında birbaşa iştirak edib.

Qarabağ müharibəsinin davam etdiyi müddətdə ermənilərə hərbi, siyasi, iqtisadi və informasiya dəstəyi verən Kreml bu siyasətini indi də davam etdirməkdədir.

Rusiya kimə dost, kimə düşmən olduğunu hər addımda ən açıq formada nümayiş etdirməkdədir. Dövlət bayrağımıza həqarət isə bu münasibətin tərkib hissəsidir.

“Zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanması bizi hiddətləndirir. Bu, Azərbaycana qarşı təhqirdir. Düşünürəm, Rusiya bu problemi qısa zamanda həll edəcək”.

Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadə deyib.

O, Rusiyanın paytaxtı Moskva şəhərində ticarət mərkəzlərindən birindəki zibil qutularının Azərbaycan bayrağının rəngləri ilə boyanmasına münasibət bildirərkən deyib ki, bu əməlin arxasında Azərbaycanı sevməyən qüvvələr dayanır:

“Onlar yaxşı bilirlər ki, bu məsələ qıcıq yaradacaq. Onu da bilirlər ki, bu, uzunmüddətli qala bilməz və aradan qaldırılacaq.

Azərbaycanın dövlət quruculuğunda, beynəlxalq aləmdə qazandığı uğurlar bunu istəməyən qüvvələrdə narahatlıq yaradır”.

Fia.Az

Oxunub: 280





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69