Cəlilabadın baş həkimi araşdırılır: Saxta əlillik, kurort bülleteni və daha nələr...

Saxta əlillik, kurort bülleteni və daha nələr...
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında qanun pozuntuları hüquq-mühafizə orqanlarının diqqətinə çatdırılıb

FİA.Az-ın
yazartv.az-a istinadən yaydığı xəbərə görə, baş həkim İlham Əliyevin rüşvətxorluqla məşğul olması araşdırıla bilər.

Sayt yazıb ki, əlilliyin təyin olunması qaydaları, saxta stasionar xəstəlik sənədlərinin necə hazırlaması, vətəndaşlara qeyri-qanuni yolla gözdən əlil diaqnozunun hansı üsulla təyin olunması, hansı şöbələrdə hər ay neçə nəfərə saxta stasionar xəstəlik tarixi açılması və s. qanunsuz işlər baş həkim tərəfindən həyata keçirilir.

Cəlilabad rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində baş həkimin birbaşa göstərişinə uyğun olaraq, özü xarici ölkədə istirahət edən şəxslərə, bülleten əvvəlki tarixlərə açılması və bülletenə çıxan xəstələrə verilən əmək haqqının neçə faizinin baş həkimə çatması faktları adiləşib.

Təxirə salınmaz təcili tibbi yardım maşınlarının baş həkimin göstərişinə uyğun olaraq nəzərdə tutulan rayon ərazısındən 6 km aralı olan kəndlərə çaığrışa getməli olduğu halda, rayon ərazısindən kənara çıxmırlar.

Buna səbəb 13 litr yanacaq ayrılmasını bəhanə gətirirlər. Nəticədə kəndlərə təcili yardım maşınları xəstələrin yanacaq pulu ilə gedirlər.

İ.Əliyevin bu qanunsuz işlər haqda mətbuat vaxtaşırı yazır. Baş həkimin fəaliyyəti rayonda ciddi narazılıq yaradıb. Eyni zamanda hüquq-mühafizə orqanları üçün araşdırma zərurəti yaradır.

FİA.Az xatırladır ki, Əliyevin gördüyü işlər sayəsində qısa zamanda baş həkimin varlanması da müzakirə mövzusudur. Və onun bu qədər tez zamanda varlanmasının səbəbi isə bir sıra işlərdir.

Nəticədə yüzlərlə cəlilabadlı İrana, Gürcüstana getməli olurlar. Bu da səhiyyə naziri Oqtay Şirəliyevi üç ölkə qarşısında gülünc vəziyyət qoymaqdır.

Bildiyiniz kimi, ABŞ öz vətəndaşlarına Azərbaycan apteklərindən dərman almamağa çağırış etmişdi. Üstəlik, baş həkim hər yerdə bəyan edir ki, prezidentlə adaşdır, ona kimsə bata bilməz.

Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi dövlətin xəstəxanaya ayırdığı pulsuz dərmanları xəstələrə vermir, özünün bildiyi apteklərdə satdırır.

Siz bu xəstəxanada bir dənə belə pulsuz dərman görməzsiniz. Xəstələrə bütün dərman və lazım olan ləvazimatları pulla öz apteklərindən aldırırlar.

Xəstəxanada özünə sadiq həkimləri yığan baş həkim Mərkəzi Xəstəxanada əsl rüşvət bazarı açıb.

Cəlilabad Mərkəzi Xəstəxanasında xəstələrə pulsuz baxılması qadağandır. Vətəndaş ölsə belə, pulu yoxdursa xəstəxananın həyətinə belə buraxmırlar.

Məsələn, bir müddət əvvəl hərbi xidmət zamanı aldığı xəsarətdən dolayı əli çürəyən, Alar kənd sakini Hikmət Salayev dəfələrlə rayon xəstəxanasına müraciət etsə də, heç bir faydası olmamışdı.

Halbuki rayon Mərkəzi Xəstəxanasının balansında olan maşınlar üçün hər il on minlərlə manat vəsait ayrılır.

Yanacaq və ya ehtiyat hissələrinin pulu şəklində. Amma nə maşınlar saz vəziyyətdədir, nə də onlar üçün ayrılmış pullar təyinatı üzrə xərclənir.

Məlumatlarda vurğulanır ki, İlham Əliyevin tək hədəfi daha çox qazanaraq, özünün biznes imkanlarını genişləndirməkdir.

Bu məqsədlə onun bir sıra addımlar atdığı, dükan açdığı, Bakıda özünə obyekt aldığı deyilir.

Pensiya sənədi və şəkər dərmanı nizamlayan həkimlər, tibb bacı-qardaşları fırlayıb tələyə sala biləcəkləri müştəri axtarışındadırlar.

Həm foyedə, həm də bəzi kabinetlərdə gedən “razborkaları” da sezməmək mümkün deyil.

Laboratoriyanın dar dəhlizində ət-ətə yapışmış insanlar səbrlə analiz verəcəkləri vaxtı gözləyirlər.

Şəxsiyyət vəsiqəsi alanlar üçün qan analizi 2 manatdırsa, rəsmi nigaha girmək istəyənlər müvafiq sənədi əldə etməkdən ötrü minimum 10-20 manatlarından keçməlidirlər.

Pulunu ver, ismi-şərifini yazdır yeni ailə quranların siyahısına. Görünür, Mərkəzi Xəstəxananın rəhbərliyi mental məsələlərdə çox mərhəmətlidir.

Cəlilabad Mərkəzi Rayon Xəstəxanas elə cəlilabadlıların öz dili ilə desək "İRAN BAZARI”nı xatırladır.

Qətiyyən inanmaq olmaz ki, hal-hazırkı şərtlər daxilində, bu Ticarət Mərkəzinin aylıq qazancı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının günlük qazancı qədər olsun.

Digər tərəfdən isə həkimlərin səriştəsizliyi və baş həkimin məsuliyyətsizliyi səbəbindən rayonda ana və uşaq ölümü hallarının sayı çoxalıb. Doğum evində isə rüşvətxorluq indiyədək görünməmiş həddə çatıb.

Apteklərlə həkimlər arasında şifahi bağlanmış “müqavilələr” isə xəstə sahiblərini müalicə üçün ehtiyac olmayan dərmanları zəmbil-zəmbil almağa vadar edir.

Fia.Az

Oxunub: 2 100





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69