Milli Şura növbəti fiaskoya hazırlaşır; efirə çıxan müxalifət isə... - Detallar

Milli Şura növbəti fiaskoya hazırlaşır; efirə çıxan müxalifət isə...
Milli Şura martın 31-nə yenə mitinq təyin edib. Bakı meriyası da yenə icazə verəcək

FİA.Az-ın Siyasət Şöbəsi yazır ki,
seçkini boykot qərarı verən bu qüvvələrin ilk mitinqi iflas etmişdi.

Amma deyəsən, revanş götürəcəyinə ümidlənən Milli Şura və Müsavat birgə mitinqlə meydana 5000 adam toplayacağını düşünür. Ötən mitinqdə isə heç 2000 nəfər stadiona gəlməmişdi.

Əksinə, bu gün iqtidara və məmurlarına ən sərt sözləri prezidentliyə namizəd olan Hafiz Hacıyev, Sərdar Cəlaloğlu deyirlər. Yəni, seçkini boykot etməkdənsə, efirə çıxıb xalqa sözünü demək daha effektivdir.

Çünki MŞ-nın mitinqlərinə gələnlər ya xaricə getməyə şəkil çəkdirmək üçün gələnlər olur, ya da 3-5 nəfər müsavatçılar, cəbhəçilər...

“Məhsul” stadionunu doldura bilməyən bir qüvvə, seçkidə belə 10 000 adam bir araya yığa bilmirsə, müxalifətçilikdən istefa verməlidirlər. O baxımdan 31 mart mitinqi də uğursuzluğa düçar olacaq.

Bu gün Əli Kərimli və Arif Hacılının iqtidara dediklərini elə efirdən Hafiz Hacıyev, Sərdar Cəlaloğlu daha açıq şəkildə bildirirlər. Yəni taktika olaraq MŞ və Müsavat uğursuz yol seçib.

Bu, mübarizə metodu ola bilməz. Xaricdə mühacir həyatını seçənlər Azərbaycandakı radikal müxalifətdən min dəfə sərt danışır.

Camaat da əgər söyüş, təhqir və sərt tənqid eşitmək istəyirsə, onlara qulaq asar. Bununla onun həyatı yüngülləşəcəkmi? İş yerləri tapacaqlarmı?

Pensiyaları artacaqmı?

övlət maraqlarımıza, atributlarımıza qarşı yönəldilən, əxlaqi dəyərlərə sığmayan hücumlar dövlət məmurlarını, baş redaktorları, sadə jurnalistləri, ziyalılar zümrəsini, bir sözlə, ictimai fəal şəxsləri narahat edir.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun son günlər narahatçılığı, sosial şəbəkələrdə yazdığı statuslar, məncə, bütün Azərbaycan xalqının rəyi və sifarişidir.

FİA.Az xəbər verir ki, son illərdə Azərbaycan müxalifətinin keçirdiyi icazəli aksiyaları belə xalqın boykot etdiyinin şahidi olmaqdayıq.

Müxalifətin mitinqlərindəki iştirakçıların sayı hətta əvvəldən müəyyən edilir, ən yaxşı halda 2 minə yaxın etirazçının olacağı deyilir və mitinq günü bunun şahidi oluruq.

Bu hal Milli Şuranın aprelin 8-də “Məhsul” stadionunda keçirdiyi icazəli aksiyada bir daha özünü göstərdi.

Şəhərin mərkəzində, “İnşaatçılar” metro stansiyasının yaxınlığında, əvvəlcədən təhlükələrin olmayacağı bilindiyi halda aksiyaya 2 minə yaxın insan gəldi.

İddialara görə, həmin insanların böyük bir hissəsi də mitinqə xaricə qaçıb getmək üçün şəkil çəkdirməyə gələnlərdir.

Mitinq uğursuzluğunu tək bir siyasi qurumun üzərində fokslaşdırmaq da əslində düzgün deyil.

Belə ki, indiki şəraitdə heç bir müxalif qurumun xalqı kütləvi şəkildə meydanlara toplamağa gücü yetmir.

Müxalifət vahid şəkildə birləşib seçkilərdə iştirak etdiyi 2013-cü ildə belə meydana 5 mindən artıq etirazçı toplaya bilmədiyinin şahidi olmuşuq.
Müxalifətin uğursuzluğu ilə bağlı ən müxtəlif fikirlər var.

Çoxları buna görə müxalif düşərgənin özünü günahkar hesab etsə də, bunun əksini düşünüb, xalqı öz problemlərinə biganəlikdə günahlandıranlar da var.

Bu mitinqlər müxalifətin özünün fərdi maraqlarına xidmət edir. Bunun elmi izahı budur. Xalq iştirak etməməsini müxtəlif səbəblərdən izah edə bilər.

Amma o insanın deməyindən asılı olmayaraq, bilmək lazımdır ki, kollektiv şüuru ona deyir ki, iştirakın xeyri yoxdur. İnsan da istəyinə həmişə meyllidir. İndi insanlar şüurlu şəkildə proseslərə gəlmirlər.

Niyə gəlmədiyini dəqiq bilmədiyinə görə, müxtəlif səbəblər deyir. Gah müxalifətin nüfuzdan düşdüyünü, gah da qorxduğunu deyir.

Əslində bunlar onun fəaliyyətsizliyinin yalançı səbəbləridir. Həqiqi səbəb şüurunun ona doğru yol göstərməsidir ki, bu mitinqlərlə gözlədiyin heç bir nailiyyət qazana bilməyəcəksən.

Fia.Az

Oxunub: 1 092





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69