Qaragüruh dəstənin söyüşlərinə susan deputat və nazirlərin siyahısı - Açıqlama

Qaragüruh dəstənin söyüşlərinə susan deputat və nazirlərin siyahısı
Millət vəkilləri Siyavuş Novruzovla Adil Əliyev həmkarlarını, nazirləri qınayıblar

FİA.Az xəbər verir ki,
deputatlar söyüş kampaniyasına cavab verməyə çağırış ediblər.

Onların sözlərinə görə, tərif lazım gələndə sıraya düzülürlər, ölkənin müdafiəsi gündəmə gələndə susurlar.

Bu da öz növbəsində həmin məmurların kimliyini aktuallaşdırır. Araşdırmalarımıza görə, Avropadakı qaragüruh dəstənin “söyüş maşını”nı sükutla qarşılayanlar arasında xarici işlər naziri Elmar Məmmədyarov, Baş nazirin müavini İsmət Abbasov, fövqəladə hallar naziri Kamaləddin Heydərov, maliyyə naziri Samir Şərifov, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digərləri var.

Eləcə də əksər deputatlar - Malik Həsənov, Nəriman Əliyev, İqbal Məmmədov, Mahir Abbaszadə, Mahir Aslanov, Hacı Salayev, Kamaləddin Qafarov, Hacı Madər və bir çoxlarının adını çəkmək olar.

Bundan əlavə, iqtisadi bloka aid olan məmurlardan SOCAR şefi Rövnəq Abdullayev, Mərkəzi Bank sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatası sədri Rüfət Aslanlı da ölkəyə, dövlət rəhbərliyinə qarşı təhqirlər yağdıranlarla bağlı mövqeyini bildirmirlər. Əslində, siyahını uzatmaq mümkündür.

“Tərif məsələsi ortaya çıxanda deputatlar sıraya düzülürlər, amma ölkəni müdafiə etmək məsələsi gündəmə gələndə hərə bir tərəfə çəkilir. Mövqeyinizi ortaya qoyun”.

Belə bir tələblə Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxış edib.

S.Novruzov Avropada bəzi azərbaycanlı mühacirlərin Azərbaycan hakimiyyətinin əleyhinə təhqir kampaniyası aparması barədə danışarkən bunları deyib.

“Xaricdə yaşayan bəzi azərbaycanlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar. Fransada Azərbaycanın səfirliyi qarşısında aksiya keçirirlər. Bir dəfə də olsun, Ermənistanın səfirliyi qarşısında aksiya keçirməyiblər. Almaniyada da bu cür əməllər törədirlər” – YAP-çı deputat bildirib.

O bildirib ki, belə azərbaycanlılar “sapı özümüzdən olan balta”lardır: “Vətənə, xalqa müxalif olmaq olmaz. Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz. mövqeyini bildirməlidir. Həmin insanlar ölkə prezidentini təhqir etməməlidir”.

FİA.Az xəbər verir ki, deputat Adil Əliyev də susanları qınayıb. Deputat bildirib: “Sosial şəbəkələri söyüş qrupunun və onların arxasındakı gizli qrupların alətinə çevrilməsinə imkan verməməliyik.

Bu təhlükəsizlik probleminə çevrilir, dövlətin müvafiq orqanları təbliğat işini gücləndirməlidirlər, ancaq bu tək mənim və yaxın dostlarımın problemi olmamalıdır, deputat həmkarım demişkən, tərif demək üçün növbəyə düzülənlərin çoxunu mən söyüşçül qrupla mübarizədə görmürəm.

Mərhum prezidentimiz, ümumilli liderimiz Heydər Əliyev də hər zaman deyərdi: “Mövqe bildirin!”. Bu şüar bu gün də aktuallığını itirməyib”.

“Bəzi millət vəkillərimiz, diaspora təmsilçilərimiz var, bəzən bizim müxbirlərimiz rəy üçün onlara müraciət edəndə, danışmaqdan imtina edirlər və deyirlər ki, Avropadakı bu şəxslərin səviyyəsinə enmək istəmirlər” – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu şikayətlənib. “Teleqraf” holdinqin rəhbəri Aynur Camalqızı da münasibət bildirməkdən imtina edən deputatları qınayıb.

“Ad çəkmək istəmirəm, deputatlardan biri deyir ki, məni bu işlərə qatmayın, danışsam, məni də söyəcəklər” – bir başqa baş redaktor bildirib.

Bu gün isə redaktorlar yox, artıq YAP-ın önəmli simalarından biri deputatları danışmağa, iqtidarı, Prezidenti müdafiə etməyə çağırıb.

Və bu dəfə S.Novruzov tamamilə haqlıdır! Amma qınaq obyekti təkcə deputatlar olmalı deyil. Söhbət ondan getmir ki, kimlərsə iqtidarı, Prezidenti müdafiə edir, ya yox.

Məsələn, deputat Rüfət Quliyev, Elmira Axundova, Xanlar Fətiyev, Mahir Aslanov, Əmlak Komitəsi sədri Kərəm Həsənov, Ailə, Qadın və Uşaq problemləri komitəsi sədri Hicran Hüseynova və onlarla məmur, icra başçısı, deputat, nazir prezidenti müdafiə etmirlər. Bunun adı siyasi təxribat, arxa çevirmək, dövlətə, onun rəhbərinə dar gündə zərbə endirməkdir. Bütün tərəfləri dinləməyə hazırıq.

Fia.Az

Oxunub: 1 867





Copyright © Fia.az
E-mail: fiaaz@mail.ru
Tel: 050 205 33 69